Tokio-2020 azarkeşsiz keçiriləcək
Tokio Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinin rəhbəri Yosiro Mori yarışı azarkeşsiz keçirməyi düşünə biləcəklərini istisna etməyib.
Rakus.az xəbər verir ki, funksioner bu barədə yerli NHK telekanalına müsahibəsində bildirib. O, hazırda olimpiadanı tamaşaçısız təşkil etməyi nəzərdən keçirmədiklərini söyləsə də, bunun yeganə mümkün ssenari olub-olmadığını düşünmələrinin gərəkliyini vurğulayıb.
Mori hazırkı vəziyyətdə “Tokio-2020″nin ləğvinin də mümkünlüyünü sözlərinə əlavə edib.
Xərclərin azaldılması və infeksiyanın yayılmasının qarşısının alınması üçün azarkeş sayını ixtisara salmaq planları barədə suala cavab olaraq Mori qeyd edib ki, bu, çətin vəzifədir, çünki müəyyən meyarların işlənilməsini tələb edir. O, nümunə kimi yalnız Yaponiyada daimi yaşayanların idman obyektlərinə buraxılma variantını göstərib.
Tokio olimpiadası 2021-ci il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.