COVID-19-dan ən yaxşı müdafiə üsulu tapıldı
Koronavirusa yoluxmanı müalicə etməkdənsə, onun qarşısını almaq daha asandır. Bu səbəbdən COVID-19-dan ən yaxşı müdafiə üsulu tibbi maskalardan istifadə etməkdir.
Rakus.az xəbər verir ki, bunu Arizona Universitetindən olan professor Murtəza Əxtər bildirib.
“Bizdə qripə qarşı peyvəndlər olur, amma bu, insanların qripə yoluxmayacağı anlamına gəlmir… Bu səbəbdən insanların bütün diqqətini müalicəyə verərək, profilaktikanı yaddan çıxarmalarını istəmirəm. Unutmayın ki, COVID-19-dan ən yaxşı müalicə yoluxmadan qorunmaqdır. Bunun üçün bizim supervasitəmiz var! Buna maska deyilir!”, – deyə, M.Əxtər bildirib.
Həkim maskaların mükəmməl olmasa da, effektiv olduğunu qeyd edib və hətta onun faydasına inanmayanları belə (şübhəsiz, belə insanlar da var) maska taxmağa çağırıb.