Siyasi 01.08.2020 10:13

Ombudsman Aİ-nin təşkil etdiyi onlayn görüşə qatıldı - FOTO

İyulun 31-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Avropa Şurası (AŞ) və Avropa İttifaqının (Aİ) “Ayrı-seçkiliklə mübarizə üzrə vətəndaş cəmiyyəti institutları və ümumilikdə ombudsman institutları və vətəndaş cəmiyyətləri arasında əməkdaşlığa dair müsbət təcrübələr” mövzusunda birgə təşkil etdiyi onlayn görüşdə iştirak edib. 

Rakus.az xəbər verir ki, bəhs olunan tədbir hər iki beynəlxalq qurumun “Şərq Tərəfdaşlığı ölkələrində ayrı-seçkilik, nifrət zəminində cinayət qurbanları üçün məhkəmədənkənar mexanizmlər vasitəsilə ədliyyəyə çıxış imkanlarının gücləndirilməsi” adlı regional layihəsi çərçivəsində həyata keçirilib. Onlayn tədbirdə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, AŞ Bakı Ofisi rəhbərinin müavini, Ombudsman Aparatının əməkdaşları, Gürcüstan və Ukraynadan olan, ayrı-seçkiliklə mübarizə sahəsində fəaliyyət göstərən ekspertlər, o cümlədən yerli vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə Müvəkkil Səbinə Əliyeva COVİD-19 pandemiyasının bəşəriyyət üçün ciddi təhdid olduğunu diqqətə çatdırıb. Ombudsman pandemiya dövründə ilk günlərdən əhalinin həssas qruplarının – əlilliyi olan şəxslərin, miqrantların və uşaqların hüquqlarının müdafiəsi məqsədilə müvafiq dövlət qurumlarına müraciət ünvanladığını bildirib. Vurğulanıb ki, pandemiya dövründə Ombudsman təsisatı bölgələrdə insan hüquqlarının vəziyyətini diqqətdə saxlamaq məqsədilə mütəmadi olaraq onlayn görüşlər keçirib. Eyni zamanda, Ombudsmanın regional mərkəzlərinin əməkdaşlarının yerli icmaların və milli azlıqların  nümayəndələri ilə görüşləri olub.

Müvəkkil cari ilin əvvəlində Ombudsman təsisatının AŞ və Aİ ilə birgə əməkdaşlığı çərçivəsində Qubada Ombudsman institutunun mərkəzi ofisinin və onun regional mərkəzlərinin əməkdaşları ilə yanaşı, rayonda yaşayan milli azlıqların nümayəndələrinin də  iştirak etdiyi “Azərbaycan Ombudsmanının regional nümayəndələri üçün təcrübədə ayrı-seçkiliyə qarşı mübarizə mövzusunda təlim seminarı” adlı təlim-seminar keçirildiyini iştirakçıların diqqətinə çatdırıb. O bildirib ki, bəhs olunan təlim-seminarın nəticələri Avropa Şurasının nümayəndələri ilə onlayn qaydada müzakirə edilib.

Səbinə Əliyeva vurğulayıb ki, Ombudsman təsisatının yeddi əməkdaşı müvafiq sahədə bilik və təcrübələrinin artırılması məqsədilə Avropa Şurasının müvafiq mövzuda onlayn kurslarına cəlb edilib və beynəlxalq ekspertlərin təcrübələrindən faydalanıb.

QHT və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın əhəmiyyətindən bəhs edən Ombudsman Azərbaycanın tarixən multikultural dəyərlərə önəm  verdiyini, ölkəmizdə dinindən, dilindən, etnik mənsubiyyətindən və digər əlamətlərindən asılı olmayaraq müxtəlif millətlərin nümayəndələrinin daim tolerant mühitdə yaşadıqlarını, eyni hüquq və azadlıqlara malik olduqlarını bildirib. Nəzərə çatdırılıb ki, Azərbaycan Respublikasının Ombudsman haqqında Konstitusiya Qanununa əsasən, nəinki ölkə vətəndaşları, hətta əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, o cümlədən hüquqi şəxslər də Müvəkkilə müraciət edə bilər.

Ombudsman, həmçinin pandemiya dövründə hərbi münaqişələrdən çəkinmək, silahları susdurmaq kimi çağırışlar edən BMT-nin Baş Katibi cənab Antonio Guterreşin bəyanatını xatırladaraq 12 iyul tarixindən başlayaraq Ermənistan hərbi qüvvələrinin dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribatlar nəticəsində mülki şəxsin və hərbi qulluqçularımızın həlak olduğunu, bunun isə Ermənistanın beynəlxalq hüquq normalarına və prinsiplərinə məhəl qoymadığını bir daha göstərdiyini bildirib.  Müvəkkil baş vermiş bu təxribatın nəticələrinin, pozulmuş insan hüquqlarının yerində araşdırılması məqsədilə Tovuz rayonuna səfər etdiyini, aparılmış monitorinqin nəticələri əsasında hazırlanmış hesabatın müvafiq beynəlxalq təşkilatlara və xarici ombudsmanlara ünvanlandığını bildirib. Müvəkkil, eyni zamanda, ermənilərin ABŞ və Avropa ölkələrinin müxtəlif şəhərlərində azərbaycanlı dinc aksiyaçılara qarşı törətdikləri təxribat xarakterli hücumlara etiraz məqsədilə bəyanatla çıxış etdiyini diqqətə çatdırıb.

Tədbir vətəndaş cəmiyyəti institutları və Ombudsman təsisatı arasında əməkdaşlığın genişləndirilməsi mövzusunda interaktiv müzakirələrlə davam edib və Müvəkkil ona ünvanlanmış sualları cavablandırıb.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO