COVID-19-un müalicəsinin yeni üsulu tapıldı
Rusiyada Biotəbabət Milli Tədqiqat Nüvə Mühəndisliyi Fizika İnstitutunun (IFIB) magistrləri koronavirusun müalicəsi üçün yeni üsul icad ediblər.
Rakus.az xəbər verir ki, onlar COVID-19 da daxil olmaqla, ciddi xəstəliklərin təhlükəsiz müalicəsi üçün işıq-diod qurğusu hazırlayıblar.
Metod bədənin səthinin qırmızı diapazonda işıqla şüalanmasına əsaslanır.
Professor Viktor Loşenov bildirib ki, bu, fotoensitizasiya vasitələrindən istifadə etməklə tətbiq olunan ən yeni müalicə metodlarından biridir:
“Onlar xəstələrin bədəninin viruslara yoluxduqları yerə vurulur və radiasiyanın təsiri altında virusu öldürürlər. Eyni zamanda, fotosensibilizatorlar sitokin fırtınasından məsul olan immunitet qabiliyyətli hüceyrələri deaktivləşdirir və bununla da, ölümcül reaksiyaya səbəb olmurlar”.
Onun sözlərinə görə, bundan əvvəl dünyada xəstələri etibarlı şəkildə şüalandıra biləcək oxşar qurğular olmayıb.
COVID-19-a yoluxan 40-dan çox xəstə artıq bu metoddan istifadə ilə müalicə olunub. Onların hamısında qanın oksigenlə doyması (saturasiya) artıb, ağciyərlərdə ağrı yox olub və qoxu hissi geri qayıdıb.
Ümumilikdə, təcrübədə iştirak edənlər digər yoluxanlardan daha sürətlə sağalıblar.