“Sumqayıt” Əli Qurbanini heyətinə qatdı
Yeni mövsüm üçün hazırlıqlarını davam etdirən “Sumqayıt” futbol klubu növbəti futbolçunu heyətinə cəlb edib.
Rakus.az xəbər verir ki,
AZƏRTAC xəbər verir ki, son klubu İsfahanın “Sepahan” komandası olan Azərbaycan əsilli futbolçu Əli Qurbani komanda ilə 1+1 illik müqavilə imzalayıb. 29 yaşlı hücumçu “Sumqayıt”da “9” nömrəli forma ilə çıxış edəcək.
Xatırladaq ki, Cənubi Azərbaycandan olan Əli Qurbani “Nassaji” klubunun yetirməsidir. 2010-2011-ci illər mövsümündə adıçəkilən klubun əsas komandasının formasını geyinib (18 oyun, 3 qol). Əli son klubu “Sepahan”la yanaşı, (39 oyun, 4 qol) “Gahar” (23 oyun, 7 qol), “Shahr Khodro” (17 oyun, 3 qol), “Naft Tehran” (61 oyun, 16 qol), “İstiqlal” (55 oyun, 13 qol) və “Spartak Trnava” (9 oyun, 2 qol) klublarında da çıxış edib.