Gündəm 15.08.2020 11:26

Yaqut Qarayeva son vəziyyəti açıqladı

Gündəlik yoluxma sayında kiçik artmalar vətəndaşları narahat edir. Halbuki müəyyən açılma olduqda rəqəm artımı gözlənilən idi. Bu artımı nəzarət altında saxlamaq da bizdən asılıdır”.

Rakus.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O bildirib ki, çarpayıların doluluq səviyyəsi Bakıda 24%, regionlarda 11%, ümumi ölkə üzrə isə 14% təşkil edir:

“Bu gün yoluxan xəstələrə tibbi xidmət göstərməyə hazırıq və çarpayı baxımından hər hansı problem yoxdur”

TƏBİB: Peyvəndin ölkəyə gətirilməsi üçün müzakirələr gedir

“Bu gün üçün əsas payız ayında müşahidə olunacaq qrip əleyhinə peyvəndlərin hazırlanması istiqamətində işlər gedir”.

Onun sözlərinə görə, koronavirus əleyhinə ən zərərsiz peyvəndin hazırlanması istiqamətində işlər görülür: “Ən tez zamanda təsdiq olunmuş peyvəndin GAVI təşkilatından alınıb ölkəyə gətirilməsi üçün müzakirələr gedir”.

TƏBİB-dən Rusiya peyvəndi ilə bağlı açıqlama

O deyjb: “Rusiyada qeydiyyatdan keçən peyvənd məsələsinə gəlincə, hər bir vaksin əvvəlcə üç mərhələli yoxlamadan keçməlidir. Həmin vaksin də beynəlxalq səviyyədə yoxlanışdan keçmədiyindən bu gün üçün həmin ölkə ilə heç bir danışıq getmir”.

Onun sözlərinə görə, məlumatlar ümidverici olsa da, hələlik konkret bir söz demək çox tezdir: “Hələ həmin vaksinin yoxlanılması və immunitetin güclənməsi üçün hansı təsirinin olub-olmaması dəqiqləşdikdən sonra bu barədə nəsə addım atmaq barədə düşünmək olar”.

TƏBİB rəsmisi: Bu gün üçün reanimasiyada olan xəstələrin sayı çoxdur

Y. Qarayeva bildirib ki, xəstəliyə yoluxma sürəti, inkubasiya müddəti və ağır xəstələrin sayı çarpayı doluluğuna təsir edir.

Onun sözlərinə görə, adi stasionar çarpayı sayına görə qapanmaya gedilmir: “Bu gün üçün reanimasiya şöbəsində yatan və süni tənəffüs aparatına qoşulu xəstələrin sayı çoxdur. Ona görə də əsas xəstəliyi ağır və yüngül keçirmə məsələsidir. Çünki onların müalicə müddəti uzun olur”.

TƏBİB rəsmisi Naxçıvan Muxtar Respublikasında koronavirusla bağlı vəziyyət hər zaman nəzarət altında olduğunu da söyləyib: “Bu günə qədər vəziyyətdən kənara çıxma halı qeydə alınmayıb” 7.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO