Maraqlı 16.08.2020 20:20

Bunları bilirsinizmi?

Əsasən bitki mənşəli məhsulların daxil olduğu pəhrizə keçid, məsələn, taxıl, paxla, meyvə və tərəvəz, təkcə insanın sağlamlığı üçün deyil, həm də ətraf mühit üçün faydalıdır. Lakin qida rasionuna dair milli tövsiyələrin əksəriyyəti hələlik bu yanaşmaya uyğun gəlmir.

Rakus.az xəbər verir ki,


bunlar milli pəhrizə aid tövsiyələrin təhlilinə və onun insan sağlamlığına və ətraf mühitə təsirinə həsr olunmuş tədqiqatın ilk nəticələridir. Bu analiz dünyanın 85 ölkəsində aparılıb.

Məsələ ilə bağlı araşdırmalar aparmış Oksford, Harvard, Taftsa və Adelaide universitetlərinin alimləri hesab edirlər ki, “ərzaq məhsullarının istehsalı ətraf mühitə daha çox dağıdıcı təsir göstərir. Bu baxımdan qida rasionunda bitki pəhrizinə üstünlük verilməsi, torpaqdan istifadəyə, şirin suyun çıxarılmasına və bioqeokimyəvi axınlardan (gübrələrdən) istifadəyə məhdudiyyətlərin tətbiq edilməsi ətraf mühitə dağıdıcı təsirin gücünü azalda bilər”. Araşdırmanın nəticələri 2020-ci ilin iyulunda Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit üzrə Proqramının (UNEP) himayəsi altında nəşr edilib.

Ekspertlər hökumətlərə heyvan mənşəli məhsulların, o cümlədən mal və süd məmulatlarının istifadəsinin məhdudlaşdırılmasına dair daha dəqiq tövsiyələr dərc etməyi təklif edirlər.
“Meyvə və tərəvəzin az, qırmızı və emal olunmuş ətin isə yüksək miqdarda olduğu pəhrizlər ümumən dünyada və regionların əksəriyyətində insanların sağlamlığı üçün ciddi təhlükə yaradır. Çünki ürək-damar xəstəlikləri, ikinci tip xərçəng və diabet kimi qeyri-sağlam qidalanma ilə bağlı xroniki xəstəliklər bahalı müalicə tələb edir”, – məruzədə bildirilir.

Bu gün qlobal istixana qazlarının bütün emissiyalarının dörddə biri kənd təsərrüfatının payına düşür. Koronavirus pandemiyasına qədərki dövrdə insanların gəlirlərinin yüksək olması mal və süd məhsullarından daha çox istifadə edilməsinə gətirib çıxarıb. Həmin məhsulların istehsalının əsasən CO2 və metan emissiyalarının artmasına səbəb olması alimləri ciddi narahat edir.
UNEP zəngin ölkələri heyvan mənşəli ərzaqdan və yüksək səviyyədə hazırlanan qida məhsullarından həddindən artıq istifadə edilməsini məhdudlaşdırmağa və ən yoxsul ölkələrdə insanların sağlam qidalanması üçün əlverişli şərait yaratmağa çağırıb.

Onların fikrincə, yalnız bu yolla torpaqdan istifadənin səmərəliliyini artırmaq və bütün dünyada qida bolluğu yaratmaq mümkündür.

UNEP nümayəndəsi Niklas Hagelberg xatırladıb ki, istixana qazlarının emissiya səviyyəsi əsasən hansı yeməklərə üstünlük verməyimizdən asılıdır və təkcə hökumətlərin verdiyi tövsiyələr və qidalanma qaydaları bu problemin həlli üçün kifayət etməyəcək.Onun fikrincə, “ölkənin kənd təsərrüfatı strategiyasına uyğun məqsədyönlü və ardıcıl siyasətin” aparılması bu gün daha vacibdir.

XƏBƏR LENTİ
Elm və təhsil / 01.08.2026 08:25
Azərbaycan dilinə dövlət dili statusu verilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır – MƏQALƏ
Dünya, Təhlil / 31.07.2026 17:38
Türkiyə Avropanın Yaxın Şərqdə həm qalası, həm də müdafiə istehkamıdır – TƏHLİL - FOTO
Dünya, Mədəni / 29.07.2026 10:57
“Zita və Gita”dan deputatlığa: Hema Malini necə əfsanəyə çevrildi? – RETRO BAKU - VİDEO
Dünya, Təhlil / 28.07.2026 16:50
“Beşinci kolon” yaradan ETTALAAT, Sepah və media orqanları – TƏHLİL - FOTO
Dünya, Təhlil / 27.07.2026 17:03
Berlindəki terror aktı – cinayətkarın dini, milləti olmur – TƏHLİL - FOTO
Elm və təhsil, Maraqlı, Sosial / 27.07.2026 10:51
Azərbaycanı birləşdirən Şah Qacarın meyidi niyə 2 yerə bölündü? - VİDEO
Kriminal, Sosial / 27.07.2026 10:42
“Heç özümü bağışlamamışam” – Motosiklet qəzasında ölən Zəhranın atası – “Arzunun vaxtı” - VİDEO
Sosial / 27.07.2026 10:35
Gözüyaşlı atanın ürəkdağlayan hekayəsi – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi, Təhlil / 24.07.2026 17:19
Fransada ksenofobiya – irqi mənsubiyyətə görə artan gərginlik – TƏHLİL - FOTO
Elm və təhsil, Mədəni / 24.07.2026 12:22
Aşıq Alıdan qalan sərvət – Salman Qaralar yazır - FOTO
Elm və təhsil, Sosial / 24.07.2026 11:24
İnsanları halallığa və yüksək əxlaqa çağıran adam – Kərəm Həsənzadənin vəfatının 60 illiyinə
Elm və təhsil, Sosial / 24.07.2026 11:05
Əxlaqı yaradan nədir: Elm, yoxsa hikmət? – AMİN - VİDEO
Dünya, Siyasi, Təhlil / 23.07.2026 10:52
Ermənistan-Rusiya atmosferi – münasibətlərdə AES barometri – TƏHLİL - FOTO
Mətbuat / 22.07.2026 00:01
Bu gün Azərbaycanda Milli Mətbuatın yaranması günüdür
Dünya, Siyasi, Təhlil / 21.07.2026 16:56
Rusiyanın meyvə təzyiqləri İrəvanda etirazlar yaradır – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 21.07.2026 11:22
“Şəfanın məzarının vəziyyətini gördükdə şoka düşdüm” – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi / 20.07.2026 17:35
ABŞ 30 ildən sonra “xarici terrorçuları” ölkədən çıxaracaqmı? – TƏHLİL - FOTO
Elm və təhsil, Texnologiya, Təhlil / 20.07.2026 12:11
Sosial şəbəkələrə qadağa: dünyada nə baş verir? – ARAŞDIRMA - VİDEO
İdman / 20.07.2026 11:22
“Media Kuboku-2026” – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
İdman / 19.07.2026 17:31
“Media Kuboku-2026” minifutbol turniri başa çatıb - FOTO
Sosial / 19.07.2026 11:40
300 nəfərlik gizli “WhatsApp” qrupu kəndi necə dəyişir? – KƏNDİNƏ QAYIT - VİDEO
Sosial / 18.07.2026 21:15
Atasını itirdi, 6-cı sinifdə “ana” oldu – “Arzunun vaxtı” - VİDEO
İdman / 18.07.2026 16:57
Qusarda “Media Kuboku – 2026” minifutbol turniri start götürüb - FOTO
Sosial / 18.07.2026 13:33
Tanınmış teleaparıcı özbaşnalıqlara son qoyulmasını tələb edir
Mədəni, Sosial / 18.07.2026 10:22
“Boşanmaq nədir, nəyin çatmır, ay qız?!” – O VAXTLAR - VİDEO
Siyasi, Təhlil / 17.07.2026 16:27
Özünü buraxan PKK niyə başqaları üçün alət olaraq qalır? – TƏHLİL - FOTO