Avropa Liqasında yarımfinal mərhələsi start götürüb.
Rakus.az xəbər verir ki, bu gün ilk finalçı məlum olub.
İlk cütlükdə “Sevilya” və “Mançester Yunayted” üz-üzə gəlib. Beş dəfə bu turnirin qalibi olmuş İspaniya təmsilçisi yenidən finala vəsiqə əldə edib. “Qırmızı şeytanlar” erkən qolla hesabı açsa da, “Sevilya” əzmkar qələbə qazanmağa müvəffəq olub.
“Sevilya” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) – 2:1
Qol: Soso, 26, de Yonq, 78 – Fernandes, 9