“CNBC Arabia” telekanalı koronavirus peyvəndini sınaqdan keçirən gənc xanımın Rusiya Prezidenti Vladimir Putinin qızı olduğu barədə məlumat yayıb.
Rakus.az xəbər verir ki, telekanal bu xəbəri özünün “Twitter” səhifəsində paylaşıb.
“Rusiya prezidentinin qızı Vladimir Putinin bütün dünyada ilk peyvənd olaraq elan etdiyi vaksini vurdurur”, – koronavirus peyvəndinin tədqiqatları barədə videonun şərhində bildirilib.
Videoda sözügedən qız – Natalya Vasiyarova sadəcə könüllüdür. O, RF Hərbi Tibb Akademiyasının kursantıdır.
Natalya özünün Putinin qızı kimi təqdim olunmasından təəccübləndiyini bildirib və “CNBC” kanalına informasiyanı diqqətlə araşdırdıqdan sonra təqdim etməsi barədə tövsiyə verib.
“CNBC” artıq həmin paylaşımını silib.