“Qarabağ” və “Sileks”in start heyəti açıqlandı
Avqustun 18-də saat 20:00-da futbol üzrə UEFA Çempionlar Liqasının birinci seçmə mərhələsi çərçivəsində Ağdamın “Qarabağ” klubu Şimali Makedoniyanın “Sileks” komandası ilə qarşılaşacaq.
Rakus.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun üçün komandaların start heyəti açıqlanıb.
“Qarabağ”ın start heyətində Şahruddin Məhəmmədəliyev, Maksim Medvedev, Bədavi Hüseynov, Kevin Medina, Vild-Donald Gerye, Uroş Matiç, İsmayıl İbrahimli, Filip Ozobiç, Xayme Romero, Abdullah Zubir və Mahir Emreli yer alıblar.
“Sileks”in ilk onbirliyində isə meydana Daniel Bojinovski, Srcan Darşkoviç, Xristian Qrozdanoski, Angels Timovski, Daniel Karçeski, Viktor Serafimovski, Burhan Mustafov, Denis Ristov, İvan İvanovski, Pepi Georgiyev və Deyan Tanturovski çıxacaqlar.
Bu oyunun qalibi yeni reqlamentə görə, bir oyunla məlum olacaq.
Qarşılaşma Ukraynadan olan hakimlər briqadasına tapşırılıb.
“Qarabağ”–“Sileks” cütünün qalibi ikinci təsnifat mərhələsində “Şerif” (Moldova) – “Fola Eş” (Lüksemburq) oyununun güclüsü ilə üz-üzə gələcək.