“Qarabağ” “Sileks”i darmadağın etdi
Avqustun 18-də futbol üzrə UEFA Çempionlar Liqasının birinci seçmə mərhələsi çərçivəsində keçirilən “Qarabağ” – “Sileks” (Şimali Makedoniya) oyunu başa çatıb.
Rakus.az xəbər verir ki, oyuna fəal başlayan “Qarabağ” ilk dəqiqələrdən rəqibin qapısı qarşısında bir necə təhlükəli vəziyyətlər yaradıb.
Qarşılaşmanın 11-ci dəqiqəsində ağdamlıların futbolçusu Xayme Romeo Filip Ozoviçin ötürməsini qola çevirib. O, təkbətək mübarizdən qalib ayrılıb – 1:0.
Hücumların davam etdirən “Qarabağ” birinci hissənin başa çatmasına beş dəqiqə qalmış rəqibin qapısına ikinci dəfə yol tapıb. Donald Gerye fərqlənib – 2:0.
Fasiləyə “Qarabağ” iki top üstünlüyü ilə yollanıb.
Qarşılaşmanın 51-ci dəqiqəsində “Qarabağ” komandası rəqibi topu oyuna üçüncü dəfə mərkəzdən başlamağa məcbur edib. Künc zərbəsindən sora topu başla rəqib qapısına göndərən Gerye özünün ikinci, komandasının isə üçüncü topunu vurub – 3:0. Buda oyunda son qol olmayıb. Görüşün 80-ci dəqiqəsində “Qarabağ” hesabı 4:0-a çatdırıb. Mahir Əmrəli oyunda son nöqtəni qoyub – 4:0.
Beləliklə, “Qarabağ” rəqibini darmadağın edərək UEFA Çempionlar Liqasının II seçmə mərhələsinə vəsiqəsini təmin edib.
Xatırladaq ki, “Qarabağ” növbəti mərhələdə “Şerif” (Moldova) – “Fola Eş” (Lüksemburq) oyununun güclüsü ilə üz-üzə gələcək. Həmin görüş avqustun 19-da Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.