ÜST rəsmisi Azərbaycanda yoluxma ilə bağlı nə dedi?
“Azərbaycanda koronavirusa yoluxma sayında ciddi azalma müşahidə edilir”.
Rakus.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı açıqlama verib.
O bildirib ki, aylardır davam edən koronavirus pandemiyası ilə bağlı bir çox ölkələrdə qabaqlayıcı tədbirlərin nəticəsi olaraq yoluxma saylarında azalmalar qeydə alınıb:
“Aylardır davam edən pandemiya dövründə bəzi ölkələr Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə əməl etdilər. Nəticədə, ictimai səhiyyənin bütün dünya ölkələrində müsbət təsir etdiyi məlum oldu.
Qabaqlayıcı tədbirlərin tətbiq edildiyi ölkələrdə virusa yoluxma və ölüm sayları azaldı, laqeyd yanaşılan ölkələrdə isə rəqəmlərdə artım özünü göstərdi. Bu gün Azərbaycanda da koronavirusa yoluxma sayında ciddi azalma qeydə alınıb”.
H.Harmancı ictimai səhiyyə dedikdə, sosial məsafənin gözlənilməsi, qoruyucu maskalardan və dezinfeksiya üsullarından istifadənin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
O deyib ki, virus bütün ölkələrdə insanların həyat tərzinə və ölkələrin iqtisadi vəziyyətinə ciddi ziyan vurub.
H.Harmancı xəstəliklə mübarizədə bütün ölkələri diqqətli olmağa çağırıb.