İqtisadi 22.11.2019 11:55

“Əsrin Müqaviləsinin” 25 illiyi münasibətilə tədbir keçirildi - FOTO - VİDEO

Vaşinqtonda 1994-cü ildə Xəzər Dənizinin Azərbaycan sektorundakı neft yataqlarının xarici şirkətlərə hasilat üçün verilməsi məqsədilə imzalanan Əsrin Müqaviləsi adlandırılan razılığın 25 illiyinə həsr olumuş tədbir keçirilib.

Rakus.az xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın Sənaye və Energetika naziri Pərviz Şahbazov çox mürəkkəb bir dövrdə ümummilli lider Heydər Əliyevin qətiyyəti sayəsində imzalanmış “Əsrin müqaviləsi”nin ölkəmizi transmilli enerji və kommunikasiya layihələrinin müəllifinə, qlobal enerji təhlükəsizliyinin təminatında etibarlı tərəfdaşa çevirən, Xəzər dənizində beynəlxalq əməkdaşlığı və uzunmüddətli inkişafı təmin edən geosiyasi və geoiqtisadi əhəmiyyətindən bəhs edib. Ölkənin neft sektoruna yeni texnologiyaların, 100 mlrd. ABŞ dollarından çox sərmayənin cəlbi, yeni neft-qaz layihələrinin işlənilməsi, 146 mlrd. dollardan çox gəlir əldə edilməsi və neft gəlirlərinin sosial məsələlərə, xalqın rifahına, insan kapitalının və iqtisadiyyatın inkişafına yönəldilməsi 25 ilin nailiyyətləri kimi qeyd edilib. Bildirilib ki, indiyə kimi 496 mln.ton neft və 163 mlrd. kubmetr qazın hasil olunduğu “Azəri-Çıraq-Günəşli” yataqları üzrə bu müqavilənin töhfələri bir əsrlə məhdudlaşmır. Müddətinin daha 30 il uzadılması ilə “iki əsrin müqaviləsi” statusunu qazanan bu tarixi razılaşma gələcəkdə də Azərbaycanın inkişafında, beynəlxalq tərədaşlarla münasibətlərin möhkəmləndirilməsində mühüm rol oynayacaq.

Nazir Pərviz Şahbazov deyib ki, “Əsrin müqaviləsi”nin bu ardıcıl nəticələri Azərbaycanın dayanıqlı inkişaf məqsədlərinə doğru addımlarını möhkəmləndirir: “Eyni zamanda Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırda həyata keçirilən çoxşaxəli dərin islahatlar kursu ölkənin gələcəkdə də hərtərəfli və davamlı inkişafına güclü dəstəyi təmin edir”.

Energetika naziri Azərbaycanın enerji siyasəti kursunun həyata keçirilməsində xarici enerji şirkətləri ilə tərəfdaşlıq münasibətlərini və ABŞ-ın davamlı dəstəyini yüksək qiymətləndirib. ABŞ ilə münasibətlərdə enerji sektorunun həmişə strateji əhəmiyyət daşıdığını vurğulayan nazir bildirib ki, Birləşmiş Ştatlar Azərbaycanın enerji ilə bağlı bütün təşəbbüslərində qətiyyətli tərəfdaşı olub: “Qlobal enerji təhlükəsizlik layihəsi “Cənub Qaz Dəhlizi”nin reallaşmasında da ABŞ-ın güclü siyasi dəstəyi mühüm rol oynayıb. Cənub Qaz Dəhlizi Prezident Donald Trampın da ifadə etdiyi kimi enerji sahəsində əməkdaşlığımızın zirvəsidir. Gələn il “Cənub Qaz Dəhlizi”nin tam işə düşməsi ilə birgə əməkdaşlığımızın daha bir uğuruna nail olacağıq”, deyə nazir əlavə edib.

ExxonMobil şirkətinin baş müşaviri Stiv Mann “Azeri” və “Çıraq”, yataqları habelə boru kəmərlərinin Azərbaycanın müstəqillik ve suverenliyi üçün mühüm olduğunu söyləyib və 25 il öncə Azərbaycana sərmayə qoyan şirkətləri getdikləri riskə görə alqışlayıb.

ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Morninqstar ABŞ-ın Xəzər Dənizi siyasətindən bəhs edib və 1990-cı illərdə başladılan Xəzər Dənizi siyasətinin müsbət tərəflərindən birinin hər iki partiyanın bu siyasəti dəstəkləməsi olduğunu deyib.

“90-cı illərdə tərtib olunan siyasət indi də çox dəyərlidir. O zaman orada çox sayda yeni ölkə yaranmışdı və biz onların müstəqilliklərini qoruyub irəlilətmək istəyirdik”, o deyib.

Morninqstar bəzi çətinliklələrə baxmayaraq Azərbaycanla ABŞ arasında enerji sahəsindəki əməkdaşlığın hər zaman müsbət olduğunu deyib.

“Heç nə bizim enerji sahəsindəki müsbət əməkdaşlığımıza maneə törədə bilmədi”, o söyləyib.

Tədbirdə həmçinin ABŞ-ın enerji nazirinin müavini Mark Menezes də iştirak edib.

Frank Menezes deyib ki, ABŞ-la Azərbaycanın qobal marketlərdə enerji marşrutları və resurslarını şaxələndirmək üçün zəruri olan neft və qaz dəhlizi yaratmaq məqsədimi birdir.

“Azərbaycan Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Ceyhan neft boru kəməri vasitəsilə Xəzər Dənizindən Avropa İttifaqınadək uzanan dəyər lövbərinə çevrilib”, o deyib.

Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirov çıxışı zamanı Azərbaycanın heç vaxt digər ölkələr üzərində dominantlıq etmək üçün enerjidən istifadə emədiyini dedi.

“Bu tədbirin məqsədi ölkənin, regionun və dünyanın bu mühüm əməkdaşlıq sayəsində əldə etdiyi uğurları qeyd etməkdir”, o qeyd edib.

Tədbir Vaşinqtonda fəaliyyət göstərən Xəzər Siyasət Mərkəzi tərəfindən təşkil olunub. Təşikatın müşavirləri arasında ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta, ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya işləri üzrə sabiq müavini Riçard Hoaqland var.

Tədbirdə Azərbaycan, ABŞ, Qazaxıstan və Türkiyə daxil olmaqla bir sıra ölkədən qonaqlar iştirak edib.

 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 03.02.2026 22:46
Beşbarmaq, Bəbirli, Bəbirli Yeri, Bəzirxana, Bəybalı, Bəybuğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.02.2026 14:22
Bəybuğan dağı necə Bağaysar oldu? – ANONS - FOTO - VİDEO
Elm və təhsil / 02.02.2026 10:01
“Basarkeçər həkimləri” kitabının təqdimatı keçirilib – FOTO - FOTO
Gündəm / 02.02.2026 00:02
Azərbaycanda Gənclər Günü qeyd olunur
Hərbi / 31.01.2026 23:40
Türk silah mədəniyyəti və Avropa zirehlərindən fərqi - VİDEO
Siyasi, Sosial / 30.01.2026 23:12
“Atam evdə “İravanda xan qalmadı” mahnısını oxuyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 30.01.2026 14:22
Arınc sevgisi ilə yaşayan Nigar Həsənovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 29.01.2026 22:56
“Azərbaycan dilinin hüquqi statusu Ermənistan parlamentində müzakirə oluna bilər” - VİDEO
Siyasi / 29.01.2026 14:22
“Seçkilərdə Paşinyanın Qərbi Azərbaycan kartı” – ANONS - VİDEO
Mədəni, Siyasi / 28.01.2026 23:40
“Spendiarovun musiqisi ermənilərin İrəvan saxtakarlığını ifşa etdi” - VİDEO
Mədəni / 28.01.2026 14:22
“İrəvan etüdləri” – səsli türk portreti – ANONS - VİDEO
Siyasi, Sosial / 27.01.2026 22:55
Beybudabad, Berdateğ, Berdi Xaraba, Berdtəpə, Bekciqazlı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 27.01.2026 14:22
Tarixi XV əsrə dayanan türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 27.01.2026 11:00
Göygöldə Abbas Göyçəgölün 2 kitabının təqdimatı olub - FOTO
Mətbuat / 25.01.2026 12:07
“Yeni Sabah” 7 yaşını qeyd edir
Hərbi / 24.01.2026 23:45
Azərbaycanda yerli silah ənənələri necə formalaşıb? - VİDEO
Siyasi, Sosial / 23.01.2026 23:26
“Rus generallar bizə dedilər ki, burada yaşaya bilməzsiniz, köçün” - FOTO - VİDEO
Siyasi, Sosial / 23.01.2026 14:22
“Atamı daşnaklar öldürmək istəyirdilər” – Arif Orucovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi / 22.01.2026 22:56
“Göyçə” adı niyə Ermənistan cəmiyyətində qıcıq yaradır?” - VİDEO
Siyasi / 22.01.2026 14:22
Erməniləri qorxudan Qərbi Azərbaycan anlayışı – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 22.01.2026 10:50
XIII əsrdə Göyçədən yüksələn dua
Elm və təhsil / 21.01.2026 23:03
Ermənilər yeni geosiyasi reallığa uyğunlaşa biləcək, yoxsa Ermənistanı tərk edəcək? - VİDEO
Elm və təhsil / 21.01.2026 14:22
Erməni kartı necə işə salınıb? – ANONS - VİDEO
Mətbuat / 21.01.2026 12:33
“Global Media Group” ötən il media sahəsində yüksək nəticələr qazanıb
Siyasi, Sosial / 20.01.2026 23:32
Başnalı, Başsız, Berd qalacıq, Berdadağ – türk tarixinin izi - FOTO - VİDEO
Sosial / 20.01.2026 14:22
Başnalı necə Bağramyan oldu? – ANONS - FOTO - VİDEO