Siyasi 10.07.2024 22:31

Zəngibasar niyə Masis adlandırılıb? - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə mərkəzi Uluxanlı kimi tanınan, əhalisi erməni zülmündən pərən-pərən düşərək müxtəlif ərazilərə səpələnən Zəngibasar rayonu haqqında süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Qarqar, subar, qamər, sak və digər türk tayfalarının məskəni” adlı süjetdə tarixin müxtəlif dövrlərində ermənilərin həyata keçirdiyi təcavüz nəticəsində Azərbaycan ərazisi və əhalisinin param-parça edildiyi, qandonduran hadisələrin, faciə və məşəqqətlərin haylar tərəfindən planlı şəkildə reallaşdırıldığı bildirilir.

Qeyd olunur ki, Zəngibasar adı bu yerlərdən keçən Zəngiçayın adından götürülüb. “Zəngi” coğrafi adı isə türk tayfalarının birinin adından götürülüb. Mühüm strateji əhəmiyyətə malik olan bu ərazidə eradan əvvəl II minillikdən üzübəri bura qarqar, subar, qamər, sak və digər türk tayfalarının yurd yeri olub. Yerli əhalisi türkləri olan bu əraziyə ermənilər 1828-ci ildən sonra etnik tərkibin dəyişdirilməsi məqsədilə İran və Türkiyədən kütləvi şəkildə köçürülüb. Bundan sonra haylar havadarlarının köməyi ilə yerli əhaliyə qarşı müxtəlif fitnə-fəsadlara əl atıblar. 1920-ci ilə qədər ermənilərin törətdiyi hadisələr zamanı təkcə Uluxanlıda 2568  azərbaycanlı əhalinin yarısı qırılıb və bu əraziləri tərk edib, Türkiyə və Naxçıvan ərazisinə keçib”.

Diqqətə çatdırılır ki, 1937-ci il dekabrın 31-də Qəmərli rayonundan 18, Üçkilsə rayonundan isə 14 kənd ayrılaraq ümumi sahəsi 170 kvadrat kilometr olan Zəngibasar, dəyişdirilmiş adı Masis olan rayon yaradılıb. Qədim Uluxanlının adı da dəyişdirilərək Zəngibasar, yəni Masis rayonu adı ilə mərkəz elan olunub. Geniş sahəni əhatə edən Masis inzibati rayonu  1953-cü ildə yenidən ləğv edilib, kəndləri qonşu rayonlar, xüsusilə Üçkilsə və Qəmərli arasında bölüşdürülüb. 1969-cu il yanvarın 14-də Masis rayonu yenidən bərpa olunub. Bu rayona daxil olan 37 kəndin ancaq 4-də ermənilər yaşayıb. 1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar yaşadıqları 15-dən çox kəndləri məcburən tərk ediblər. Bundan sonra 40-a yaxın tarixi yer adları dəyişdirilib. 1995-ci ildə Zəngibasar, yəni Masis, Qəmərli, yəni Artaşat, eləcə də Vedi, yəni Ararat rayonları ləğv edilərək Ararat mərzliyi yaradılıb.

Sonda vurğulanır ki, azərbaycanlılar min illər boyu yaşadıqları doğma tarixi torpaqlarından didərgin salınması unudulacaq tarix deyil: “Əminik ki, Azərbaycan Qarabağa qayıdış hədəfinə nail olduğu kimi, Qərbi Azərbaycana qayıdış hədəfinə də nail olacaq və real tarix yaradacaq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında iyulun 10-da saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

  

XƏBƏR LENTİ
Siyasi / 04.12.2025 14:22
Ermənilərin cırılan “Minsk kartı” – ANONS
Mədəni / 03.12.2025 23:52
“İrəvanda silinən Azərbaycanın şəhər mədəniyyəti” - VİDEO
Mədəni / 03.12.2025 13:22
“Qırmızı körpü” kimindir? – ANONS - VİDEO
Siyasi / 03.12.2025 11:34
Azərbaycanlıların Ermənistandan son deportasiyası – 37 il
Siyasi, Sosial / 02.12.2025 23:11
Balta dərəsi, Baltaçay, Barana, Barana qəzası – türk tarixinin izi - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 18:15
“Ümumi Qafqaz Evi” yaratmaq ideyası Heydər Əliyev tərəfindən irəli sürülüb” - FOTO - VİDEO
Sosial / 02.12.2025 14:49
Ardanışda türklərin yaşadığı qədim qışlaq – ANONS - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 13:22
Cənubi Qafqaz İttifaqının yaradılması mümkündürmü? – ANONS - FOTO - VİDEO
Müsahibə / 01.12.2025 23:12
“Ermənilər azərbaycanlılara məxsus 157 qəbiristanlığı yer üzündən siliblər” - VİDEO
Elm və təhsil / 29.11.2025 23:34
“Qafqazda Ermənistan yox idi iddiası antik mənbələrlə necə təsdiqlənir?” - VİDEO
Gündəm, Kriminal, Siyasi / 29.11.2025 18:34
Ermənistandan zorla çıxarılma – bir əsrlik düşmənçiliyin yekunu - FOTO
Siyasi, Sosial / 28.11.2025 23:22
“Atam Göyçədən köçəndə, getmədim, qaçıb gizləndim” - FOTO - VİDEO
Siyasi, Sosial / 28.11.2025 14:22
“Övladlarım Göyçə həsrəti çəkir” – Fəzair Piriyevin “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 27.11.2025 23:40
“Paşinyan Qərbi Azərbaycan İcması ilə görüşə bilər” - VİDEO
Siyasi / 27.11.2025 14:27
Paşinyan Qərbi Azərbaycan İcması ilə görüşə bilər – ANONS - VİDEO
Siyasi / 26.11.2025 23:30
“Ermənistanda Paşinyanı devirəcək yeni güc kimdir?” - VİDEO
Elm və təhsil, Hərbi, Mətbuat / 26.11.2025 17:17
BDU-da “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı keçirilib - FOTO
Siyasi / 26.11.2025 14:47
Ermənistanda hərbi çevriliş çağırışları – ANONS - VİDEO
Siyasi, Sosial / 25.11.2025 23:23
Baldırğanlıq, Baldırğanlı, Baldırğanlı dağ, Balıqlı, Balıqçay – türk tarixinin izi - VİDEO
Müsahibə, Mədəni / 25.11.2025 18:50
“Bakının vizit kartı konstruktivizm dövrüdür” - FOTO - VİDEO
Sosial / 25.11.2025 14:56
Zəngəzurda Dağlıq Altay toponimi – ANONS
Müsahibə, Mədəni / 25.11.2025 13:22
Dünya memarın gözü ilə – ANONS - FOTO - VİDEO
Müsahibə / 24.11.2025 23:50
“Dağlıq Borçalı ərazisi 1921-ci ildə Ermənistana birləşdirilib” - VİDEO
İdman / 23.11.2025 08:05
Bakıda Zəfər Gününə həsr olunmuş Minifutbol Festivalı keçirilib - FOTO - VİDEO
Hərbi / 22.11.2025 23:47
Qədim Azərbaycanın hərbi gücü - VİDEO
Siyasi, Sosial / 21.11.2025 23:38
“Yerli ermənilər bizə deyirdilər ki, Gorus, Qafan erməniləri qorxuludur” - FOTO - VİDEO