Elm və təhsil 24.09.2024 22:16

Ağzıbir, Ağin, Ağıllı və Ağyar – türk tarixinin izi - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də “Toponim oğrularının məhv edə bilmədiyi Azərbaycan izləri” adlı süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, bugünkü süjetdə “addəyişmə terroruna” məruz qalan Ağzıbir, Ağin, Ağyar toponimləri, eləcə də Ağıllı oronimi haqqında söz açılır.

Bildirilir ki, indiki Ermənistan ərazisinin qədim Azərbaycan torpağı olması tarixi faktlarla sübuta yetirilib: “Bunun üçün coğrafi xəritələrə, sənədlərə baxmaq kifayətdir və Qərbi Azərbaycan ərazisindəki toponimlərin mütləq əksəriyyətinin türk-oğuz mənşəli olması təsdiqini tapır”.

AĞZIBİR – Göyçə mahalının Kəvər, yəni Kamo rayonunda kənd olub. Kənddə 1831-ci ildən 1916-cı ilə qədər yalnız azərbaycanlılar yaşayıb. 1918-ci ildə kəndin əhalisi ermənilər tərəfindən qırğınlarla qovulub. 1922-1926-cı illərdə kəndə ermənilər yerləşdirilib və azərbaycanlılar sıxışdırılıb. Bundan sonra kənddə demoqrafik vəziyyət dəyişib. Azərbaycanlılar 1948-ci ildə Azərbaycanın Ağdaş rayonuna köçürülüblər. O vaxtdan kənddə yalnız ermənilər yaşayır. 1945-ci il dekabrın 7-də kəndin adı dəyişdirilib Lçap qoyulub.

AĞİN – Şörəyel mahalının Ağin, yəni Ani rayonunda kənd olub. Kəndin köklü sakinləri azərbaycanlılar olub. XIX əsrin əvvəllərində azərbaycanlılar tarixi torpaqlarından qovulub, 1829-1830-cu illərdə Türkiyənin Muş, Alaşkert, Basin vilayətlərindən, 1877- 1878-cı illərdə Qarsdan ermənilər köçürülüb burada yerləşdirilib. 1961-ci il oktyabrın 12-də kəndin adı dəyişdirilib Ani qoyulub.

AĞYAR – Dərələyəz mahalının Keşişkənd, yəni Yeğeqnadzor rayonunda kənd olub. Kəndin ilkin adı Əyar olub. İlk dəfə XII-XIII əsrlərdə adı çəkilib. 1828-ci ilə kimi burada yalnız azərbaycanlılar yaşayıb. Buraya ermənilər 1828-1829-cu illərdə İranın Xoy, Salmas və Maku vilayətlərindən köçürülüblər. 1946-cı il sentyabrın 10-da kəndin adı dəyişdirilib Aqarakadzor qoyulub.

AĞILLI – Göyçə mahalının Çəmbərək, yəni Krasnoselo rayonunda yaylaq adıdır. Bu oronim Azərbaycan dilində “mal-qara, qoyun saxlamaq üçün hasarlanınış yer” mənasında işlənən “ağıl” sözünə “lı” şəkilçisinin artırılması ilə əmələ gəlib.

Sonda vurğulanır ki, “toponim oğruları” kimi tanınan ermənilər oğuz, qıpçaq və alban tayfalarına məxsus tarixi adları xalqın yaddaşından silməyə çalışıblar: “Lakin bu bəd əməlin baş tutması əbədi mümkün deyil. Çünki bu toponimlər indiki Ermənistanın əzəli sakinləri olan Qərbi azərbaycanlıların gündəlik ünsiyyətində işlədilir və yaşadılır”.

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlədə ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında sentyabrın 24-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Mədəni / 03.12.2025 13:22
“Qırmızı körpü” kimindir? – ANONS
Siyasi / 03.12.2025 11:34
Azərbaycanlıların Ermənistandan son deportasiyası – 37 il
Siyasi, Sosial / 02.12.2025 23:11
Balta dərəsi, Baltaçay, Barana, Barana qəzası – türk tarixinin izi - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 18:15
“Ümumi Qafqaz Evi” yaratmaq ideyası Heydər Əliyev tərəfindən irəli sürülüb” - FOTO - VİDEO
Sosial / 02.12.2025 14:49
Ardanışda türklərin yaşadığı qədim qışlaq – ANONS - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 13:22
Cənubi Qafqaz İttifaqının yaradılması mümkündürmü? – ANONS - FOTO - VİDEO
Müsahibə / 01.12.2025 23:12
“Ermənilər azərbaycanlılara məxsus 157 qəbiristanlığı yer üzündən siliblər” - VİDEO
Elm və təhsil / 29.11.2025 23:34
“Qafqazda Ermənistan yox idi iddiası antik mənbələrlə necə təsdiqlənir?” - VİDEO
Siyasi, Sosial / 28.11.2025 23:22
“Atam Göyçədən köçəndə, getmədim, qaçıb gizləndim” - FOTO - VİDEO
Siyasi, Sosial / 28.11.2025 14:22
“Övladlarım Göyçə həsrəti çəkir” – Fəzair Piriyevin “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 27.11.2025 23:40
“Paşinyan Qərbi Azərbaycan İcması ilə görüşə bilər” - VİDEO
Siyasi / 27.11.2025 14:27
Paşinyan Qərbi Azərbaycan İcması ilə görüşə bilər – ANONS - VİDEO
Siyasi / 26.11.2025 23:30
“Ermənistanda Paşinyanı devirəcək yeni güc kimdir?” - VİDEO
Elm və təhsil, Hərbi, Mətbuat / 26.11.2025 17:17
BDU-da “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı keçirilib - FOTO
Siyasi / 26.11.2025 14:47
Ermənistanda hərbi çevriliş çağırışları – ANONS - VİDEO
Siyasi, Sosial / 25.11.2025 23:23
Baldırğanlıq, Baldırğanlı, Baldırğanlı dağ, Balıqlı, Balıqçay – türk tarixinin izi - VİDEO
Müsahibə, Mədəni / 25.11.2025 18:50
“Bakının vizit kartı konstruktivizm dövrüdür” - FOTO - VİDEO
Sosial / 25.11.2025 14:56
Zəngəzurda Dağlıq Altay toponimi – ANONS
Müsahibə, Mədəni / 25.11.2025 13:22
Dünya memarın gözü ilə – ANONS - FOTO - VİDEO
Müsahibə / 24.11.2025 23:50
“Dağlıq Borçalı ərazisi 1921-ci ildə Ermənistana birləşdirilib” - VİDEO
İdman / 23.11.2025 08:05
Bakıda Zəfər Gününə həsr olunmuş Minifutbol Festivalı keçirilib - FOTO - VİDEO
Hərbi / 22.11.2025 23:47
Qədim Azərbaycanın hərbi gücü - VİDEO
Siyasi, Sosial / 21.11.2025 23:38
“Yerli ermənilər bizə deyirdilər ki, Gorus, Qafan erməniləri qorxuludur” - FOTO - VİDEO
Sosial / 21.11.2025 14:22
Meğriyə qovuşub torpağımı öpəcəm – Elmira Hümbətovanın “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi, Təhlil / 20.11.2025 23:26
“Zəngəzur dəhlizi ətrafındakı ərazilər Azərbaycana qaytarılır” - VİDEO
Siyasi / 20.11.2025 14:22
Ermənistan iki hissəyə bölünəcək – ANONS - VİDEO