Maraqlı 01.04.2020 02:23

Aprelin 1-i Beynəlxalq Gülüş Günüdür

Aprelin 1-i Beynəlxalq Gülüş günüdür.

Rakus.az xəbər verir ki, aprelin 1-i beynəlxalq bayram kimi qeyd edilməsə də, bəzi ölkələr bu günü əylənmək, zarafat etmək və bir-birini “aldatmaqla” keçirir.

Təqvimin bu günündə bir-birini aldatmaq adətinin meydana gəlməsi haqqında müxtəlif fərziyyələr var. Bəziləri bayramın yaranmasını Qədim Roma ilə əlaqələndirirlər. Lakin burada aprelin əvvəlində deyil, fevralın ortasında “Axmaqlar bayramı” qeyd edilirdi. Digərləri iddia edirlər ki, bu bayram Hindistanda yaranıb. Halbuki, bu ölkədə də, adətən, 31 martı “Gülüş günü” kimi qeyd edirdilər. Başqa fərziyyəyə görə isə günün kökü orta əsrlər Avropa karnavallarında nümayiş etdirilən küçə tamaşalarına gedib çıxır. Bir-biri ilə zarafat etmə adətini Yeni illə əlaqələndirənlər də var. XVI əsrin ikinci yarısına qədər Avropada Yeni il hazırlıqları martın sonunda başlayırdı, aprelin 1-də isə təzə il qarşılanırdı. Sonra Fransa kralının fərmanı ilə Yeni il rəsmi olaraq, 1 yanvarda qeyd edilməyə başladı. Amma çoxları köhnə ənənələrə sadiq qalaraq, 1 apreli bayram kimi qeyd etməyə davam edirdilər.

Hazırda dünyanın 70%-i aprel ayının 1-ni gülüş günü kimi qeyd edir, dost-tanışla zarafatlaşır. Ümumiyyətlə, insanın xoş bir təbəssümü, ürəkdən gülməsi onu başqa insanlara yaxınlaşdıran görünməz bağdır. Adətən, zarafatcıl, baməzə, həyatsevər, insanlarla ünsiyyətdən zövq alır və özümüzü belə insanların yanında daha rahat hiss edirik. Alimlərin fikrincə, uşaqlar gündə 400, böyüklər isə 17 dəfə gülür ki, bu zaman insan fiziologiyasında endofrin ifraz olunur, diafraqma, üz və qarın əzələləri hərəkət edir, ən əsası isə ruhi sakitlik formalaşır.

Bizə gülüş günündə yeni zarafatlar fikirləşmək, gülməli vəziyyətlərdən yararlanmaq qalır. Aldadılan zaman isə qətiyyən inciməyib, eyni ab-havada cavab verməyə hazır olmalıyıq. Bir sözlə, gülün və əylənin! Çünki, gülüş insanın ömrünü uzadır.

1 aprelin gülüş günü kimi qeyd olunma tarixçəsi haqqında bir sıra fərziyyələr mövcuddur. İlk olaraq 1 aprel müxtəlif ölkələr tərəfindən yazın gəlişi mənasını ifadə edirdi və bununla əlaqədar keçirilirdi. Bayramın atributlarından olan zarafatlar, əyləncələr və hazırlıqlar burada əvəzedilməz rol oynayırdı. Aprelin ilk günü zarafat etmək qaydası birinci dəfə Fransada  Yeni ilin gəlişi ilə əlaqədar keçirildi. XVI əsrin ikinci yarısına qədər Avropada yeni il həftəsi müddətində, yəni 25 martdan 1 aprelə qədər insanlar ürəkdən sevinirdilər. Bir – bbirlərinə qonaq gedirdilər, hədiyyələr bağışlayırdılar. 1 aprel Yeni ilin qədəm qoyduğu gün hesab olunurdu. 1582 – ci ildə Qriqor təqvimi Yulianla dəyişdirilib, nəticədə 1 aprel 1 yanvarla əvəz edilib. Bütün bunlara baxmayaraq əksər fransızlar Yeni ili 1 apreldə qeyd etməyə davam edirdi. 1 apreldə keçirilən yeni ili unutmaq üçün bu ənənəni dəyişdirməyə məcbur oldular, məhz bu səbəbdən bayramı keçirənləri “1 aprel axmaqları” adlandırdılar.

Bir çoxları isə bu bayramı Qədim Roma tarixi ilə bağlayır, hansı ki, 17 fevral “Səfehlər bayramı” kimi keçirilirdi. Bəzi tədqiqatçıların fikrinə görə bu ənənə Qədim Hindistanda meydana gəlmişdi, 31 mart onlarda “Gülüş günü” kimi keçirilir.

Gülüş gününün geniş səviyyədə yayılması XVIII əsrdə baş verdi. Beləcə uzun əsrlərin keçməsindən sonra dünyanın bütün ölkələrində 1 aprel günündə öz dostlarına gülən insanlara rast gəlmək mümkündür.

Azərbaycanda da 1 aprel bir əksər insanlar tərəfindən Gülüş günü kimi qəbul olunur.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO