İdman 11.10.2019 10:39

Ardanış Çempionatında payız mövsümü bu gün başlayır - FOTO

Püşkatma mərasimində əvvəlcə çempionatın ilk 4 mövsümü ilə bağlı müzakirələr aparılıb, çempionatın qaydalarına müəyyən dəyişikliklər olunması barədə yeni təkliflər verilib.

Çempionatın təsisçisi və təşkilatçısı, Ardanış Futbol Federasiyasının prezidenti Rasim Həsənov, Ardanış Futbol Akademiyasının rəhbəri və federasiyanın vitse-prezidenti Əsgər Əlioğlu çempionatla bağlı və bu mövsüm nəzərdə tutulan yeniliklər barədə ətraflı məlumat veriblər.

Bildirilib ki, bu mövsüm AÇ-da iki komanda – “Ardanış”“Göyçə” komandaları mübarizə aparacaq.

Mövsümün qaydaları da məlum olub. Belə ki, bu mövsüm 15 turdan ibarət olacaq və yeni ilədək davam edəcək. Bu çempionatda mükafat, kubok və medallar nəzərdə tutulub. Komandaların 10 nəfərlik heyətləri püşkatma ilə bəlli olduğundan mövsüm başa çatanadək heç bir transfer reallaşmayacaq. İlk oyun oktyabrın 11-də “Vətən” İdman Klubunun stadionunda baş tutacaq.

Bundan əlavə, bu mövsüm komandalar ənənəvi idman geyimlərində sahəyə çıxmayacaqlar. “Ardanış” komandası Türkiyənin “Qalatasaray”, “Göyçə” isə İtaliyanın “Yuventus” klubunun forması ilə yaşıl sahədə top qovacaq. Buna səbəb hər il dünya klublarının birinin adını yaşatmaq, bununla da Ardanış Çempionatına diqqəti daha da artırmaq və xarici ölkələrdə AÇ-yə maraq göstərən tamaşaçıların istəyini nəzərə almaqdır.

Digər bir yenilik isə “Ardanış” komandasının kapitanının yeni soyadla meydana çıxması olacaq. Bu çempionatda komandanın hücumçusu Əsgər Əlioğlu 10 nömrə ilə deyil, 9 nömrə və Əsgər İbrahimoviç adı ilə çıxış edəcək.

Yekdilliklə qərara alınıb ki, oyunları Rafiq Həsənov (baş hakim), Sahib ƏhmədovHidayət Xudiyevdən (köməkçi hakimlər) ibarət hakimlər briqadası idarə edəcək.

Püşkatma nəticəsində bəlli olan heyətlər belədir:

“Ardanış” – Natiq Vəliyev, İsrail İsmayılov, Bayram Süleymanov, Elçin İsmayılov, Emin Ələsgərov,  Araz Qurbanov, Emin Qasımov, Şükür Məmmədalıyev, Azər Hüseynov, Əsgər İbrahimoviç.

Baş məşqçi Telman Məhərrəmov   

“Göyçə” –  Elvin İsmayılov, Ayxan Abbasov, Rəşad Məmmədalıyev, Heydər Xudayev,  İmaməddin Zeynalov, İlqar Ramazanov, Emin İmaməliyev, Ramiz Hüseynov, Qasım Məmmədov, Rasim Həsənov.

Baş məşqçi Yaşar Vəliyev

Ardanış Çempionatının 5-ci mövsümündə oyunlar “Vətən” İdman Klubunun stadionunda 1-5-cı günlər saat 20:00-da keçiriləcək.

Onu da diqqətə çatdıraq ki, Ardanış Çempionatına bu mövsüm informasiya dəstəyini Rakus.az saytı verəcək.

təsis olunub.

İlk mövsüm dekabrın 11-də başlayıb, 2018-ci il fevralın 5-də başa çatıb.

İkinci mövsümə 2018-ci il fevralın 14-dən start verilsə də, fevralın 19-da yeni dəyişikliyə qərar verilib. İki komandalı sistemdə oyunlara fevralın 21-dən start verilib. Martın 7-dən isə çempionatda yenidən 3 komanda mübarizə aparıb və aprelin 25-də başa çatıb.

Üçüncü mövsümə  2018-ci il sentyabrın 15-də 4 komanda ilə start verilib və noyabrın 7-də yekun vurulub.

Dördüncü mövsüm  2019-cu il iyunun 1-dən iyulun 30-dək davam edib vı ik komanda mübarizə aparıb.

ARDANIŞ HAQQINDA ÜMUMİ MƏLUMAT

Ardanış Göyçə mahalının şimal-qərbində, Kiçik Qafqaz dağ silsiləsinin ətəyində Göyçə gölünün şimal sahilində, İrəvan-Basarkeçər dəmir yolunun və Basarkeçər-Qazax avtomobil yolunun üstündə yerləşən Çəmbərək rayonunun böyük və qədim kəndlərindən biridir. Şərqdən Cil, qərbdən Şorca kəndləri ilə həmsərhəddir. Çəmbərək (indiki Krasnoselo) rayon mərkəzindən 23 km cənub-şərqdə, dəniz səviyyəsindən 1954 metr hündürlükdə yerləşir. Ərazisi 45.5 kv. km-dir. 1986-cı ildə 2500 nəfər əhalisi olub. Kəndin əhalisi yalnız Azərbaycan türklərindən ibarət olub (Bu dövrdə Bakıda və SSRİ-nin müxtəlif şəhərlərində Ardanış əsilli 7 mindən çox insan yaşayırdı). Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq olmuşdur. Kənddə iqtisadiyyatın əsasını tütünçülük, taxılçılıq, heyvandarlıq təşkil edib. Balıqçılıq, bağçılıq və arıçılıq da xeyli inkişaf etmişdir. Kənddə 800 şagirdlik üç mərtəbəli orta məktəb binası, 1988-ci ildə istifadəyə hazır vəziyyətdə olan üç korpuslu 1200 şagirdlik yeni məktəb binası, 450 tamaşaçı yeri olan mədəniyyət evi, kino qurğu, 2 kitabxana, müasir üslubda tikilmiş inzibati idarə binası, futbol meydançası, ambulator-həkim məntəqəsi, poçt, 200 nömrə tutumlu ATS, ticarət və ictimai-iaşə müəssisələri, hamam, elektriklə işləyən dəyirman, ağac emalı qurğusu, heyvandarlıq üçün yem emalı sexi və s. var idi. Kəndin ərazisində bir neçə alban-oğuz qəbiristanlığı, Ardanış yarımadasındakı Adatəpə ərazisində və “Ocağın başı” adlanan dağ zirvəsində alban kilsəsinin qalıqları, eləcə də, qədim yaşayış məskəninin (tarixi mənbələrə görə Adatəpə adlı kəndin) qalıqları, hidrometeoroloji stansiya və o dövr üçün İttifaq əhəmiyyətli “Dalğa” pansionatı (3 korpusdan ibarət) var idi. Hazırda Adatəpə ərazisi ermənilərin xarici turistləri cəlb etmək üçün reklam etdikləri ən məşhur istirahət mərkəzlərindən biri sayılır.

 

 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 03.02.2026 22:46
Beşbarmaq, Bəbirli, Bəbirli Yeri, Bəzirxana, Bəybalı, Bəybuğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.02.2026 14:22
Bəybuğan dağı necə Bağaysar oldu? – ANONS - FOTO - VİDEO
Elm və təhsil / 02.02.2026 10:01
“Basarkeçər həkimləri” kitabının təqdimatı keçirilib – FOTO - FOTO
Gündəm / 02.02.2026 00:02
Azərbaycanda Gənclər Günü qeyd olunur
Hərbi / 31.01.2026 23:40
Türk silah mədəniyyəti və Avropa zirehlərindən fərqi - VİDEO
Siyasi, Sosial / 30.01.2026 23:12
“Atam evdə “İravanda xan qalmadı” mahnısını oxuyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 30.01.2026 14:22
Arınc sevgisi ilə yaşayan Nigar Həsənovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 29.01.2026 22:56
“Azərbaycan dilinin hüquqi statusu Ermənistan parlamentində müzakirə oluna bilər” - VİDEO
Siyasi / 29.01.2026 14:22
“Seçkilərdə Paşinyanın Qərbi Azərbaycan kartı” – ANONS - VİDEO
Mədəni, Siyasi / 28.01.2026 23:40
“Spendiarovun musiqisi ermənilərin İrəvan saxtakarlığını ifşa etdi” - VİDEO
Mədəni / 28.01.2026 14:22
“İrəvan etüdləri” – səsli türk portreti – ANONS - VİDEO
Siyasi, Sosial / 27.01.2026 22:55
Beybudabad, Berdateğ, Berdi Xaraba, Berdtəpə, Bekciqazlı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 27.01.2026 14:22
Tarixi XV əsrə dayanan türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 27.01.2026 11:00
Göygöldə Abbas Göyçəgölün 2 kitabının təqdimatı olub - FOTO
Mətbuat / 25.01.2026 12:07
“Yeni Sabah” 7 yaşını qeyd edir
Hərbi / 24.01.2026 23:45
Azərbaycanda yerli silah ənənələri necə formalaşıb? - VİDEO
Siyasi, Sosial / 23.01.2026 23:26
“Rus generallar bizə dedilər ki, burada yaşaya bilməzsiniz, köçün” - FOTO - VİDEO
Siyasi, Sosial / 23.01.2026 14:22
“Atamı daşnaklar öldürmək istəyirdilər” – Arif Orucovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi / 22.01.2026 22:56
“Göyçə” adı niyə Ermənistan cəmiyyətində qıcıq yaradır?” - VİDEO
Siyasi / 22.01.2026 14:22
Erməniləri qorxudan Qərbi Azərbaycan anlayışı – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 22.01.2026 10:50
XIII əsrdə Göyçədən yüksələn dua
Elm və təhsil / 21.01.2026 23:03
Ermənilər yeni geosiyasi reallığa uyğunlaşa biləcək, yoxsa Ermənistanı tərk edəcək? - VİDEO
Elm və təhsil / 21.01.2026 14:22
Erməni kartı necə işə salınıb? – ANONS - VİDEO
Mətbuat / 21.01.2026 12:33
“Global Media Group” ötən il media sahəsində yüksək nəticələr qazanıb
Siyasi, Sosial / 20.01.2026 23:32
Başnalı, Başsız, Berd qalacıq, Berdadağ – türk tarixinin izi - FOTO - VİDEO
Sosial / 20.01.2026 14:22
Başnalı necə Bağramyan oldu? – ANONS - FOTO - VİDEO