Siyasi 01.11.2023 19:59

Axta ermənilərin yaşayış məntəqəsinə necə çevrildi? - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə əhalisi zaman-zaman erməni zülmü ilə üzləşib deportasiyaya məruz qalan, ərazisi isə “erməniləşdirilən” Axta rayonu haqqında süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Kotayk vilayətinə birləşdirilən oğuz- türk yurdu” adlı süjetdə Ermənistan adlandırılan süni dövlətin məqsədyönlü siyasətinin həmişə qədim yaşayış məskənlərinin adını dəyişdirməklə izini itirmək, etnik tərkibi oğuz türklərindən ibarət olan əraziləri ələ keçirmək olduğu, hayların bu məqsədlə daim soyqırımlar törətdiyi, insanları yerindən-yurdundan didərgin saldığı qeyd olunur.

Bildirilir ki, Qərbi Azərbaycanın tarixi yaşayış məskəni olan Axta rayonu Ermənistan SSR-da və indiki Ermənistanda inzibati ərazi vahidi olub. Bu rayon 1930-cu il sentybarın 30-da yaradılıb və 1959-cu il iyunun 30-na qədər Axta rayonu, həmin tarixdən etibarən isə Hrazdan rayonu adlandırılıb. Ərazisi 936 kvadrat kilometrdir olan rayonun mərkəzi Aşağı Axta şəhəri sayılıb. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 50 kilometrdir. Axta rayonu ərazisindən Zəngi çayı və onun qolu Böyükçay,  dəyişdirilmiş adı isə Marmarik olan çay axır.

Vurğulanıb ki, bütün tarixi mənbələrdə Axta rayonuna ermənilərin İran və Türkiyədən köçürüldüyü göstərilir: “Məzh bunun nəticəsində azərbaycanlıların sayı get-gedə azalıb. XX əsrin əvəllərində, 1905-1906-cı ildə baş verən erməni- azərbaycanlı davası nəticəsində azərbaycanlılar tamamilə doğma torpaqlarından qovulublar. İndi bu ərazidə yalnız ermənilər yaşayır. Burada 1897-ci ildə 119 nəfər azərbaycanlı türk yaşayıb. XX əsrin əvvəllərində, 1905- 1906-cı illərdə azərbaycanlılar kənddən qovulub və kənd ermənilərin yaşayış məntəqəsinə çevrilib. 1926-cı ildə kənddə cəmi 3 azərbaycanlı  yaşasa da sonra onlar da qovulublar və Yuxarı Axta kəndi tam rayon mərkəzi ilə birləşdirilib. Nəhayət, Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 30 iyun 1959-cu il fərmanı ilə rayonun adı dəyişdirilib Razdan qoyulub. Tarixi oğuz yurdunun adının itirilməsi prosesi bununla kifayətlənməyib. Belə ki, Axta rayonu üzrə Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin müxtəlif fərmanları ilə 18 tarixi yer adı  dəyişdirilib”.

Süjetin sonunda diqqətə çatdırılır ki, bu gün Ermənistanın yerləşdiyi ərazi 180 il bundan əvvəl Azərbaycan torpağı idi: “Ermənilər Cənubi Qafqaza gəlmə, daha doğrusu, gətirilmə etnosdur. Bu etnosun yaşadığı “Ermənistan Respublikası” adlanan ərazi isə Azərbaycanın əzəli və əbədi  torpağıdır. Azərbaycan xalqı yaşadıqca, bu həqiqət də yaşayacaq. İnanırıq ki, daim maddi və mənəvi terrora məruz qalan Qərbi azərbaycanlılar doğma yurd-yuvalarının sahibi olacaq, indiki Ermənistan ərazisində itirilmiş hüquqlarını bərpa edəcəklər. Çünki, bu, zamanın tələbidir”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında noyabrın 1-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 03.02.2026 22:46
Beşbarmaq, Bəbirli, Bəbirli Yeri, Bəzirxana, Bəybalı, Bəybuğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.02.2026 14:22
Bəybuğan dağı necə Bağaysar oldu? – ANONS - FOTO - VİDEO
Elm və təhsil / 02.02.2026 10:01
“Basarkeçər həkimləri” kitabının təqdimatı keçirilib – FOTO - FOTO
Gündəm / 02.02.2026 00:02
Azərbaycanda Gənclər Günü qeyd olunur
Hərbi / 31.01.2026 23:40
Türk silah mədəniyyəti və Avropa zirehlərindən fərqi - VİDEO
Siyasi, Sosial / 30.01.2026 23:12
“Atam evdə “İravanda xan qalmadı” mahnısını oxuyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 30.01.2026 14:22
Arınc sevgisi ilə yaşayan Nigar Həsənovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 29.01.2026 22:56
“Azərbaycan dilinin hüquqi statusu Ermənistan parlamentində müzakirə oluna bilər” - VİDEO
Siyasi / 29.01.2026 14:22
“Seçkilərdə Paşinyanın Qərbi Azərbaycan kartı” – ANONS - VİDEO
Mədəni, Siyasi / 28.01.2026 23:40
“Spendiarovun musiqisi ermənilərin İrəvan saxtakarlığını ifşa etdi” - VİDEO
Mədəni / 28.01.2026 14:22
“İrəvan etüdləri” – səsli türk portreti – ANONS - VİDEO
Siyasi, Sosial / 27.01.2026 22:55
Beybudabad, Berdateğ, Berdi Xaraba, Berdtəpə, Bekciqazlı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 27.01.2026 14:22
Tarixi XV əsrə dayanan türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 27.01.2026 11:00
Göygöldə Abbas Göyçəgölün 2 kitabının təqdimatı olub - FOTO
Mətbuat / 25.01.2026 12:07
“Yeni Sabah” 7 yaşını qeyd edir
Hərbi / 24.01.2026 23:45
Azərbaycanda yerli silah ənənələri necə formalaşıb? - VİDEO
Siyasi, Sosial / 23.01.2026 23:26
“Rus generallar bizə dedilər ki, burada yaşaya bilməzsiniz, köçün” - FOTO - VİDEO
Siyasi, Sosial / 23.01.2026 14:22
“Atamı daşnaklar öldürmək istəyirdilər” – Arif Orucovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi / 22.01.2026 22:56
“Göyçə” adı niyə Ermənistan cəmiyyətində qıcıq yaradır?” - VİDEO
Siyasi / 22.01.2026 14:22
Erməniləri qorxudan Qərbi Azərbaycan anlayışı – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 22.01.2026 10:50
XIII əsrdə Göyçədən yüksələn dua
Elm və təhsil / 21.01.2026 23:03
Ermənilər yeni geosiyasi reallığa uyğunlaşa biləcək, yoxsa Ermənistanı tərk edəcək? - VİDEO
Elm və təhsil / 21.01.2026 14:22
Erməni kartı necə işə salınıb? – ANONS - VİDEO
Mətbuat / 21.01.2026 12:33
“Global Media Group” ötən il media sahəsində yüksək nəticələr qazanıb
Siyasi, Sosial / 20.01.2026 23:32
Başnalı, Başsız, Berd qalacıq, Berdadağ – türk tarixinin izi - FOTO - VİDEO
Sosial / 20.01.2026 14:22
Başnalı necə Bağramyan oldu? – ANONS - FOTO - VİDEO