İqtisadi 07.01.2021 13:40

Azərbaycanda bir sıra su kanalları yenidən qurulacaq

“Möhtərəm cənab Prezident, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə müvafiq Sərəncamınızla komissiya yaradılıb.

Komissiya ölkə ərazisində su anbarlarında yaranmış vəziyyəti, suvarma mövsümünün başlanmasını nəzərə alaraq operativ tədbirlərin görülməsi məqsədilə fəaliyyətini intensiv formada təşkil etmiş və bütün aidiyyəti qurumların koordinasiyası təmin olunub”.

Rakus.az xəbər verir ki, bunu yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirə Baş nazirin müavini Şahin Mustafayev bildirib.

Onun sözlərinə görə, məlum olduğu kimi, əsas su anbarlarında su ehtiyatlarının həcmi ilbəil azalıb və komissiya fəaliyyətə başladığı ərəfədə suyun həcmi hətta 2019-cu ildən də aşağı olub:

“Belə ki, 2020-ci il aprelin 30-da ölkənin əsas su anbarlarında suyun həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,4 milyard kubmetr, sadəcə, Mingəçevir su anbarında 1 milyard kubmetr az olmuşdur.

İl ərzində də ümumilikdə su anbarları, o cümlədən Mingəçevir su anbarına daxil olan suyun həcminin aşağı olmasına baxmayaraq, su ehtiyatlarının planlı və optimal istifadəsi istiqamətində görülən tədbirlər sayəsində ilin sonuna əsas su anbarlarında suyun həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 320 milyon kubmetr, o cümlədən Mingəçevirdə 240 milyon kubmetr çoxalıb.

Suya qənaət imkanı verən əsas amillərdən biri sudan energetika məqsədləri üçün istifadənin suvarma və kommunal məqsədlər üçün istifadəyə uyğunlaşdırılmasıdır. Xüsusi əhəmiyyətə malik Mingəçevir və Ceyranbatan su anbarları üzrə suvarma, içməli su təchizatı və energetika məqsədləri üçün sudan istifadə rejimi təsdiq olunmuş, hətta Mingəçevir su anbarından sudan istifadə üzrə hər 10 gündən bir yenilənən iş rejimi tətbiq edilmişdir.

Belə ki, su ehtiyatlarının azlığı səbəbindən Mingəçevir su anbarı, sadəcə, çoxillik nizamlama qabiliyyətində deyil, hətta hazırda illik tənzimlənmə qabiliyyətini də itirib”.

O qeyd edib ki, hazırda ölkənin su ehtiyatları sahəsində gərgin vəziyyət təəssüf ki, davam edir:

“Əsas su anbarlarında 20,5 milyard kubmetr tutuma qarşı kəskin aşağı səviyyədə cəmi 10,5 milyard kubmetr su mövcuddur, onun da 8,6 milyard kubmetri ölü həcmdir. Bu baxımdan, qısamüddətli hədəf əsas su anbarlarında suyun həcmini əvvəlki üç illə müqayisədə daha yüksək səviyyəyə çatdırmaq, beləliklə, növbəti suvarma mövsümünə nisbətən daha yaxşı vəziyyətdə daxil olmaq, sonra isə suyun həcmini minimum 2016-cı ilin səviyyəsinə uyğunlaşdırmaqdır.

Nazirlər Kabinetinin Sərəncamı ilə su ehtiyatlarının formalaşması və istifadəsi üzrə ümumi dəyərləndirmələrin aparılmasına imkan verən su təsərrüfatı balansı tarixdə ilk dəfə təsdiq edilmiş və yeni yaradılan elektron su təsərrüfatı informasiya sisteminə inteqrasiya olunub”.

“Cənab Ali Baş Komandan, Sizin rəhbərliyinizlə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi bizə imkan verir ki, növbəti ilin su təsərrüfatı balansı hazırlanarkən işğaldan azad olunmuş ərazilərimiz üzrə də su ehtiyatlarını qiymətləndirək.

Siz artıq qeyd etdiyiniz kimi, ölkəmiz ərazi bütövlüyünü bərpa edəndən sonra xalqımız hərtərəfli dividendlər əldə edəcək və bu baxımdan su resurslarının artırılması da bu sahələrdən biridir.

Qarabağ bölgəsi su ehtiyatları ilə zəngindir. Nəhayət uzun fasilədən sonra Qarabağın su ehtiyatlarının və bundan istifadə məsələlərinin yenidən qiymətləndirilməsi diqqət mərkəzində olacaq.

Artıq qeyd etdiyiniz kimi, bir sıra çaylarımız, 12 əsas çayımız var. Bir neçəsini mən qeyd etmək istəyirəm. Tərtərçay, onun illik su axınının həcmi 577 milyon kubmetrdir. Həkəri çayı – 341 milyon kubmetr, Qarqarçay – 54 milyon kubmetr, Quruçay – 54 milyon kubmetr, Xaçınçay – 40 milyon kubmetr, Köndələnçay – 22 milyon kubmetr və digər daha kiçik çaylar.

Eyni zamanda, çaylar yağış və qar suları ilə qidalanır. Qeyd etməliyəm ki, Araz çayının ölkəmizin ərazisindən keçən hissəsinə də Azərbaycanın tam nəzarəti təmin edilmişdir və bu da bizə əlavə dividendlər gətirəcək. Bu ərazilərdə müxtəlif dövrlərdə su anbarları tikilmişdir. Bir sıra anbarların adlarını da çəkmək istərdim.

Xudafərin su anbarı 1,6 milyard kubmetr su həcmindədir. Qız qalası su anbarı tikilməkdədir – 62 milyon kubmetr. Sərsəng su anbarı 565 milyon kubmetr həcmindədir. Suqovuşan su anbarı – 6 milyon kubmetr, Xaçınçay su anbarı – 23 milyon kubmetr, Köndələnçay kiçik su anbarları – 14,8 milyon kubmetrdir.

Təqribi hesablamalara görə, Azərbaycan 2 milyard kubmetrdən artıq su ehtiyatından daha səmərəli istifadə etmək imkanı əldə etmişdir. Eyni zamanda, su tələbatının daha etibarlı imkanları, yeni imkanlar yaranır və bu da su təhlükəsizliyimizin təmin olunması baxımından çox əhəmiyyətlidir.

Su ehtiyatlarından istifadədə səmərəliliyin artırılması, artan tələbata uyğun dayanıqlı su təchizatının təmin edilməsi, su təsərrüfatının idarə edilməsinin təkmilləşdirilməsi məqsədinə nail olunması üçün milli strategiya və onun həyata keçirilməsi üzrə fəaliyyət planının layihələri artıq hazırlanıb.

Məhdud su ehtiyatlarının ədalətli, optimal və proporsional bölgüsü prinsipi əsasında 600 minə yaxın yazlıq və payızlıq əkin sahəsi üzrə bütün maraqlı tərəflərin imzaladığı suvarma qrafikləri tərtib olunub.

Ötən ilin kəskin su çatışmazlığı şəraitində 1,4 milyon hektar sahədə kənd təsərrüfatı bitkiləri orta hesabla 3,2 dəfə suvarma suyu ilə təmin edilmişdir. Nəticədə pambıq, şəkər çuğunduru, qarğıdalı, tütün, kartof, tərəvəz, üzüm və sair bitkilərin istehsalı əvvəlki ilə nisbətən müəyyən qədər artmışdır.

Bununla belə, son illər davam edən quraqlıqlar və su anbarlarında kifayət qədər su toplanmaması öz mənfi təsirini göstərmiş, suya tələbatın tam və ya vaxtında ödənilməməsinə, xüsusilə suya tələbkar bitkilər üzrə əkin sahələrinin azalmasına səbəb olmuşdur.

Suvarma sahəsində itkilərin azaldılması məqsədilə prioritet hesab edilən suvarma kanallarının yenidən qurulması üçün texniki-iqtisadi əsaslandırmalar və layihə sənədlərinin hazırlanması istiqamətində işlər davam etdirilir.

İlk növbədə, Qızılarx İmişlidə, Xanarx və Tərtərçay Sol Sahil qeyd etdiyiniz Suqovuşan su anbarından qidalanır. Bu kanalların və Qusarda yerləşən Yuxarı Zeyxur kanalının yenidən qurulmasının texniki-iqtisadi əsaslandırılması və layihə sənədlərinin hazırlanması məqsədilə tenderlər artıq baş tutmuşdur. Möhtərəm Prezident, bu il artıq bu kanalların yenidən qurulmasına başlamaq zərurəti yaranır”, – o qeyd edib.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO