Gündəm 08.09.2023 20:03

“Azərbaycanlı aktrisa ermənilərə öz dillərində müraciət etdi” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.

Rakus.az  xəbər verir ki, “Dilicana ayaqyalın qayıtmaq istəyirəm” adlı veriliş Qərbi Azərbaycanın, Qaraqoyunlu dərəsinin, Karvansara (indiki İcevan) rayonunun Dilican şəhər sakini Ellada Əhmədovanın həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq illərindən, oxuduğu 2 nömrəli şəhər orta məktəbinə necə qəbul olunmasından danışıb: “Uşaqlıq illərim çox yaxşı keçib. Rus dilini bilmədiyim üçün məktəbə erməni dilində götürmək istəyirdilər. Qocaman rus müəllim sonda məni məktəbə qəbul edib. Sinif yoldaşlarım rus, erməni, yəhudi idi”.

Onun sözlərinə görə, 5-ci sinifdə oxuyarkən ailəsi ilə birgə qaçqın düşdüyünü o qədər də dərk etməyib: “O yadımdadır ki, asfalt yollarla yox, dərə-təpə yollarla gedirdik.  Birdən maşına saqqallı kişilər, hərbi paltarda hücum elədilər. Mən onda ilk dəfə gördüm qorxunc adamlardı. Saxladılar, bizi düşürtdülər. Erməni dilində danışırdılar ki, hə, “düşün tez olun! Bunlar türklərdir! İtələyə itələyə hamımız düşdük maşından. Biz uzun-uzadı ayaqla Qazax rayonuna gəldik. Bizim ev orada qaldı. 1988-ci ilin noyabr ayında qaçqın düşdük və yeni ilə qədər Qazax rayonunda qaldıq. Aanam ilə atam bizi Sumqayıta gətirdilər. Sumqayıtda xalam gildə qaldıq, orada məktəbdə oxudum. 1989-cu ilin mart ayında ermənilərlə azərbaycanlılar, qaçqın düşənlər evlərini dəyiş-düyüş etsinlər deyə möhlət vermişdilər. Atam-anam bizi Dilicana apardılar. Məktəbə öz sinfimizə getdik. Sinfin qapısını açanda uşaqlar Ellada gəlib deyə hamısı üstümə qaçdı. O bizim Dilicanda son görüşümüz idi. Bizi yenidən mart ayında Sumqayıta qaytardılar. 1989-cu ilin sonuna kimi xalam gildə qaldıq, orada oxuduq. Sonra Bakıya gəldik, 146 nömrəli məktəbi bitirdim”.

E.Əhmədova nənəsi Sehran Alırzayevanın öz qızına danışdığı hadisəni – 1920-ci ildə ermənilərin Haqqıxlı kəndində 68 nəfəri fermada diri-diri yandırdıqlarını xatırladıb, doğulduğu şəhərə yenidən qayıtmaq istəyini ermənilərə öz dillərində çatdırıb: “Mən istəyirəm Dilicana gəlim. Qərbi Azərbaycan bizim Vətənimizdir. Bəlkə erməni dilini unutmuşam, çünki neçə illərdir danışmıram. Amma çox istəyərdim Dilicana qayıdım. Çünki Dilicanda mənim babalarım yaşayıb, atam yaşayıb. Dilicanda bizimkilərin qəbirləri var. Dilican mənim dədə-baba yurdumdu”.

O, bu arzunun gerçəkləşməsinə az vaxt qaldığını, 2-ci Qarabağ savaşından sonra ümidlərinin artdığını deyib: “Yaxın dövrlərdə biz artıq ora qədəm qoyacağıq. Mən ayağım yalın gedib o bulaqlardan su içəcəm. Bunu həsrətlə gözləyirəm”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş sentyabrın 8-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

 

 

XƏBƏR LENTİ
Gündəm / 12.12.2025 17:38
Azərbaycanda ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilir – YENİLƏNİB - FOTO - VİDEO
Siyasi, Sosial / 12.12.2025 13:22
“Ata yurdunu görmək üçün Allahdan möhlət istəyirəm” – Sabir Mirzəyevin “Həyat Hekayəsi” – ANONS - FOTO
Gündəm / 12.12.2025 10:44
İlham Əliyev və Mehriban Əliyeva ulu öndərin məzarını ziyarət ediblər - VİDEO
Gündəm / 12.12.2025 00:06
Ulu öndər Heydər Əliyevin vəfatından 22 il ötür
Siyasi, Təhlil / 11.12.2025 22:34
“Paşinyan azərbaycanlıların qayıdışına görə kilsəni sıradan çıxarır” - FOTO - VİDEO
Siyasi / 11.12.2025 14:22
İrəvana təqdim olunan tələb – ANONS - VİDEO
Elm və təhsil, Siyasi / 10.12.2025 23:22
“Qafqaz Rusiyanın xarici siyasətində həmişə əsas hədəf olub” - VİDEO
Elm və təhsil / 10.12.2025 14:19
Tarixi sənədlər və Rusiyanın Qafqaz niyyətləri – ANONS - VİDEO
Siyasi, Sosial / 09.12.2025 23:15
Basarkeçər, Basarkeçər daşt, Baraxlı – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 09.12.2025 19:10
“Rusiya imperiyası Azərbaycanı erməniləşdirməklə Qarabağdakı mövqeyini gücləndirirdi”
Sosial / 09.12.2025 14:56
Bazar/basar tayfasının keçib getdiyi yer – ANONS - VİDEO
Müsahibə, Siyasi / 09.12.2025 13:22
“SSRİ-nin siyasəti Azərbaycanı erməniləşdirmək idi” – ANONS - FOTO - VİDEO
Müsahibə / 08.12.2025 23:56
“Hüseynquluağalı kəndinə erməni adı verilməsinin qarşısı alınıb” - VİDEO
Siyasi / 08.12.2025 17:53
Heydər Əliyevin zəngin irsi bu gün də yaşayır - FOTO
Mətbuat / 08.12.2025 10:59
“Global Media Group” 8 yaşımı qeyd edir
Hərbi / 06.12.2025 23:22
Təhrif olunmuş Azərbaycan hərb tarixinin gerçəkləri - VİDEO
Siyasi, Sosial / 05.12.2025 22:03
“Ermənilər azərbaycanlıların evlərini xaçla işarələyiblər” - FOTO - VİDEO
Siyasi, Sosial / 05.12.2025 14:22
“Atamın doğma yurd xəyallarını gerçəkləşdirəcəm” – Pərvanə Vəliyevanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 04.12.2025 23:49
“Ermənistanın Qərbi Azərbaycana qayıdışla bağlı əlindəki kart sıradan çıxdı” - FOTO - VİDEO
Siyasi / 04.12.2025 14:22
Ermənilərin cırılan “Minsk kartı” – ANONS - VİDEO
Mədəni / 03.12.2025 23:52
“İrəvanda silinən Azərbaycanın şəhər mədəniyyəti” - VİDEO
Mədəni / 03.12.2025 13:22
“Qırmızı körpü” kimindir? – ANONS - VİDEO
Siyasi / 03.12.2025 11:34
Azərbaycanlıların Ermənistandan son deportasiyası – 37 il
Siyasi, Sosial / 02.12.2025 23:11
Balta dərəsi, Baltaçay, Barana, Barana qəzası – türk tarixinin izi - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 18:15
“Ümumi Qafqaz Evi” yaratmaq ideyası Heydər Əliyev tərəfindən irəli sürülüb” - FOTO - VİDEO
Sosial / 02.12.2025 14:49
Ardanışda türklərin yaşadığı qədim qışlaq – ANONS - FOTO - VİDEO