Müsahibə 30.09.2024 23:58

“Babamın qardaşının ailəsini ermənilər təndirə salıb yandırıblar” - FOTO - VİDEO

Qərbi Azərbaycan xalçaçılıq məktəbindən, qadınların toxuduğu xalçaların beynəlxalq sərgilərdə nümayiş etdirilməsindən danışan müsahib vurğulayıb ki, sovet dövründə ermənilər soydaşlarımızın əməyinin, zəhmətinin bəhrəsi olan xalça nümunələrinin ittifaq səviyyəsində tanıdılmasının qarşısını alıblar. Bütün bu faktları nəzərə alan Qərbi Azərbaycan İcmasının Qadınlar Şurası ötən il Azərbaycan Milli Xalça Muzeyi ilə birlikdə soydaşlarımızın müxtəlif illərdə toxuduğu xalçaların sərgisini təşkil edib. Daha sonra bu xalça nümunələrinin kataloqu hazırlanıb və Bakıda keçirilən beynəlxalq tədbir iştirakçılarına təqdim olunub. Eyni zamanda, sözügedən tədbir iştirakçılarının sərgi ilə yaxından tanış olmasına şərait yaradılıb.

Bundan başqa, Qadınlar Şurasının təşəbbüsü ilə Qərbi Azərbaycan mətbəxinin tanıdılması istiqamətində də layihə həyata keçirilib. Tarixi torpaqlarımızda yaşayan soydaşlarımızın ifa etdiyi xalq mahnılarının, şifahi folklor nümunələrinin toplanması da diqqətdən kənarda qalmayıb. Şuranın təşəbbüsü ilə İrəvan Ansamblı yaradılıb. M.İbrahimqızı deyib ki, bütün bu vasitələr Qərbi Azərbaycan mədəniyyətinin, irsinin qorunmasına, saxlanmasına, tanıdılmasına, gələcək nəsillərə ötürülməsinə hesablanıb.

İyirmi ildən artıq müddətdə seçicilərini Milli Məclisdə layiqincə təmsil etdiyini söyləyən müsahib əlavə edib ki, deputat seçildiyi ərazidə sakinlərlə, o cümlədən Qərbi Azərbaycandan vaxtilə deportasiya olunmuş soydaşlarımızla tez-tez görüşlər keçirir. Onun sözlərinə görə, yurd həsrəti ilə yaşayan soydaşlarımızın ən böyük arzusu Vətənə qayıtmaqdır. Şura sədri doğulduğu Basarkeçər rayonunun Bala Məzrə kəndi barədə də məlumat verib, ötən əsrdə ermənilərin bu yaşayış məntəqəsinin sakinlərinə qarşı həyata keçirdiyi soyqırımı və qətliamlara toxunub. Deyib ki, babasının gənc qardaşının ailəsini ermənilər təndirə salıb yandırıblar.

Tarixi torpaqlarımız uğrunda mübarizənin yeni mərhələsinin başlandığını xatırladan M.İbrahimqızı Qərbi Azərbaycana qayıdışın ümummilli məsələ olduğunu vurğulayıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş sentyabrın 30-da saat 19:30-da “Baku TV”nin efirində və saat 21:30-da “YouTube” kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO