YENİLƏNDİ: Biləsuvarda DTX əməliyyatı: İcra başçısı və müavinləri tutuldu
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələri Biləsuvar rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirib.
Rakus.az xəbər verir ki, İcra Hakimiyyətinin binasına giriş qadağan edilib.
Unikal.org-un məlumatına görə, əməliyyat zamanı rayon icra hakimiyyətinin başçısı Mahir Quliyevlə birgə müavinləri – birinci müavini Xanlar Bayram oğlu Məmmədov, müavini – sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri – Elsevər Cəmil oğlu Həsənov, müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ləman Cəbrayıl qızı Yüzbaşova da saxlanılıb.
13:39
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələri Biləsuvar Rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirib.
Rakus.az xəbər verir ki, BakuPost əməliyyatla bağlı bəzi məlumatlar əldə edib.
Məlumata görə, əməliyyat karantin rejimi ilə əlaqədar əhaliyə yönəlmiş dövlət dəstəyinin, yardımların mənimsənilməsi ilə bağlı keçirilib. Bununla bağlı çoxsaylı, əsaslı şikayətlər olub.
Əməliyyat zamanı icra başçısı Mahir Quliyevlə yanaşı, birinci müavin, rayonun bələdiyyə sədri, mərkəzi xəstəxananın baş həkimi, MİS sədri və başqa bir neçə nəfər saxlanılıb.
13:13
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələri Biləsuvar rayonunun İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirir.
Rakus.az xəbər verir ki, İcra Hakimiyyətinin binasına giriş qadağan edilib.
Haırda icra başçısı və bir neçə müavini saxlanılaraq Bakıya gətirilib.
Xatırladaq ki, Mahir Quliyev 2011-ci ildə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. (Oxu.az)