Maraqlı 14.06.2024 21:41

“Doğma Göyçədə toy edib, qız köçürmək bizə qismət olmadı” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Doğma Göyçədə toy edib, qız köçürmək bizə qismət olmadı” adlı veriliş Göyçə mahalının Basarkeçər rayonunun Bala Məzrə kənd sakini İlham Abdullayevin  həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq, məktəb, qaçqınlıq illərindən, kənddəki toy, bayram, yemək ənənələrindən söz açıb, orta və ali məktəbi bitirdikdən sonra Özbəkistana təyinat aldığını və musiqi ilə məşğul olduğunu deyib.

O erməni vəhşiliyindən kövrələrək danışıb: “Bilqeys nənəm həmişə danışırdı ki, onun 6-7 yaşı olanda ermənilər kəndə hücum ediblər. Balaca qardaşı ilə qaçıb təzəkdən düzəldilən qalağın içində gizləniblər. Deşikdən baxıblar ki, ermənilər kəndin bütün kişilərini yığıb su quyusunun başında başlarını kəsib quyuya doldururlar. Yəni 7-8 yaşından bu günə qədər o ağrı-acı həmişə bizim içimizdədi. O hisslərlə böyüdük, 4 dəfə Göyçədən qovulduq. Ora bizim torpaqlarımız olub. Düşmənçilik siyasəti yeridərək bizi oradan didərgin saldılar”.

Uşaqlıq xatirələrinin hamısını Göyçədə qoyub gəldiyini söyləyən İ.Abdullayev doğma yurda qayıdışın yenidən baş verəcəyinə əminliyini bildirib: “Qarabağ torpaqları alınanda Şuşaya getdim. Zəfər yolundan maşın gedəndə o an fikirləşdim ki, ay Allah, görəsən elə bir gün olacaqmı Göyçəyə də gedək, o torpaqları, dağları, bulaqları görək. Prezidentimiz İlham Əliyev Kəlbəcərdən Zoda gələn yolun başında dayanıb dedi ki, bu torpaqlar bizimdir. Biz bu torpaqlara qayıdacağıq. Mən ona inanıram və bilirəm ki, biz o torpaqlara qayıdacağıq. Gedib o yurdumuzu, yuvamızı, babalarımızın, nənələrimizin, qəbrlərimizi ziyarət edib, orada yenidən yaşayacağıq. İndi 65 yaşım var. Bir arzum var, gedib o evimizi görüm, divarlarına əlimi vurum, əkdiyim akasiya ağacını görüm. Babalarımızın, nənələrimizin qəbrlərini ziyarət edim, Vətən torpağını görüm, baş əyim, o torpağın qoxusunu duyum. Mən möhtərəm Prezidentimizə inanıram. O, analoqu olmayan siyasətlə bütün Qərbi Azərbaycanı qaytaracaq. Allah bizi o günə yetirəcək”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş iyunun 14-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Maraqlı, Mədəni, Sosial / 14.06.2024 21:41
“Doğma Göyçədə toy edib, qız köçürmək bizə qismət olmadı” - FOTO - VİDEO
Elm və təhsil, Təhlil / 14.06.2024 14:14
“Son zəng”: Azərbaycan adına böyük işlərə çağırış – TƏHLİL
Mədəni / 14.06.2024 13:32
“Bir gün Göyçəyə də gedəcəyik”- İlham Abdullayevin “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 13.06.2024 22:58
Tibbi ədəbiyyata daxil olan “erməni xəstəliyi”nin əlamətləri - FOTO - VİDEO
Gündəm, Təhlil / 13.06.2024 16:33
Paşinyanın iki çıxışına bir baxış – TƏHLİL
Siyasi / 13.06.2024 13:25
Ermənilər türk ölkəsində yeni “dövlət” qurmağı planlaşdırır – ANONS - VİDEO
Siyasi, Sosial / 12.06.2024 22:24
Üçkilsəni ermənilər necə Eçmiədzin etdilər? - FOTO - VİDEO
Təhlil / 12.06.2024 16:19
Ermənistanın ABŞ ilə Strateji Dialoqu: güclərin yeni qarşıdurma mənbəyi – TƏHLİL
Siyasi, Sosial / 12.06.2024 13:19
Ermənilərin yadlaşdırdığı Üçkilsə – ANONS
Elm və təhsil / 12.06.2024 10:22
“Batum konfransında erməni dövlətinin yaradılması və İrəvanın ermənilərə verilməsi məsələsi” kitabının təqdimatı - FOTO
Elm və təhsil, Maraqlı / 11.06.2024 22:10
“Qərbi Azərbaycan ərazisində türklərin Arşak, Sakan, Qarqar tarixinə hay iddiası” - FOTO - VİDEO
Elm və təhsil, Mədəni / 11.06.2024 18:47
“Haylar niyə özlərini erməni adlandırırlar?” - VİDEO
Təhlil / 11.06.2024 16:08
İstefa verməyən Paşinyan – cəmiyyəti ələ salan keşiş – TƏHLİL
Elm və təhsil, Mədəni / 11.06.2024 15:02
İrəvanda azərbaycanlılar yenə yaşayıb yaradacaqlar – ANONS
Elm və təhsil / 11.06.2024 13:20
“Sünik sözü Sakan adının təhrif edilmiş formasıdır” – ANONS
Siyasi, Video müsahibə / 10.06.2024 22:41
“Ermənilər xarici ölkələrdə yaşayan azərbaycanlılara da düşmən gözü ilə baxırdılar” - FOTO - VİDEO
Maraqlı, Sosial / 08.06.2024 22:27
Qaraqoyunlu əmirinin məskən saldığı Əmirxeyir kəndi - FOTO - VİDEO
Elm və təhsil, Mədəni / 07.06.2024 17:48
Türkdilli dövlətlərin yazarları ilə yaddaqalan görüş - FOTO
Təhlil / 07.06.2024 16:27
Ermənistanda təhdid edilən təhlükəsizlik – TƏHLİL
Siyasi, Təhlil / 06.06.2024 22:47
Ermənistan və Azərbaycan arasında demarkasiya ediləcək növbəti ərazilər müəyyənləşib - FOTO - VİDEO
Təhlil / 06.06.2024 12:38
İrəvanda Zəngəzur dəhlizi və Göyçənin təhvil verilməsi müzakirə edilir – ANONS
Mədəni, Sosial / 05.06.2024 22:35
“Göyçənin təbiəti Dədə Ələsgər kimi böyük şəxsiyyət yetişdirdi” - FOTO - VİDEO
Təhlil / 05.06.2024 15:51
Mirzə Cəlilə rəhmət oxutduran Baqrat – yada düşən Şeyx Nəsrullah – TƏHLİL
Maraqlı, Sosial / 05.06.2024 14:28
“Göyçədə qara zurnanın səsinə at oynayırdı” – Xətai Ələsgərlinin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Elm və təhsil / 04.06.2024 22:32
“Alban hökmdarları “Xaqan” adlanırdı, Sovet tarixçiləri “çar” sözü ilə əvəzləyib ” - FOTO - VİDEO
Müsahibə, Siyasi / 04.06.2024 19:07
“Beynəlxalq cəmiyyət “erməni mifinə” inanmağı dayandırıb” - FOTO - VİDEO