Siyasi 16.05.2025 22:05

“Gecəyarısı bacımla gedib atamın qəbrinin üstündən torpaq götürdük” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Kəndi tərk edəndə 12 yaşım vardı, meşədə azmışdım” adlı veriliş Loru mahalı, Allahverdi rayonu Böyük Ayrım kənd sakini Güllü Qocayevanın həyat hekayəsinə həsr olunub.

O, 1976-cı ildə doğulduğunu, uşaqlıq və məktəb illərinin xoş keçdiyini xatırladıb: “Uşaqlıqda yayda Ləlvər dağına köç edər, müxtəlif oyunlar oynayar, meşəyə gedər, meyvə toplayar, səhənglə bulaqdan su gətirərdik. Məktəbdə oxuyanda İrəvana olimpiadaya gedirdik. Babamın dörd kəndin arasında Daşkəsən adlı binəsi vardı. O cığırların hamısı gözümün önündədir”.

Onun sdözlərinə görə, 1988-ci ilin sentyabr ayında kənddən bütün uşaqları, qadınları Gürcüstanın Sadaxlı kəndinə yerləşdirilib: “Biz 15 gündən sonra kəndimizə döndük. İnsanlar təşviş, qorxu içində idi. Noyabrın 28-də gecəyarısı xəbər gəldi ki, kəndi boşaltmalısınız.  Kəndə yaxın sanatoriyaya Sumqayıtdan gəlmiş ermənilər yerləşdirilmişdi. Onlar kənddə xətər yetirmək istəyirdilər. Əşyaları yavaş-yavaş yığışdıranda nənəm anama dedi ki, biz oğlumun üstündən torpaq götürmədik. Qəbiristanlıq evimizdən 100 metr aralı idi. Məndən bir yaş kiçik bacımla heç kimə demədən atamın qəbrinin üstündən torpaq götürdük. Qohumlar elə bilmişdilər ki, bizi ermənilər aparıblar. Torpağı gətirib nənəmə verəndə qabağımızda diş çökdü.   Beləliklə, gecəyarısı hamı kənddən çıxdı. Meşə ilə gedib Axtala kəndindən keçib Gürcüstanın Sadaxlı kəndinə düşməli uduk. Xeyli uzun yol idi. Hamı elini, obasını, ocağını qoyub köç edirdi. Yolda ermənilər dayanmışdı, camaatı yoxlayırdılar. Hamı ağlaya-ağlaya gedirdi. Balaca qardaşım qucağımızda idi, 5 yaşı vardı. Gecə saat 3-də göz-gözü görməyən duman gəldi. Mənim 12 yaşım vardı, yolumu azdım. Səhərə yaxın bir kəndə gəlib çıxdım. Bir qoca kişi dedi ki,  bura Mollaoğlu kəndidir. Ordan da məni Sadaxlı kəndinə apardılar. Orada nənəm qurbanlıq kəsdi. Sonra biz Bakıda məskunlaşdıq”.

Ürəyi kəndləri ilə döyündüyünü deyən G.Qocayeva doğma yurda  qayıtmaq ümidini itirmədiyini söyləyib: “Atamın orada uyuyan qəbrini ziyarət etmək istəyirəm. Vətənimə, uşaqlıq həsrəti yaşadığım kəndimə, babamın, elmin-obamın yurduna mütləq dönəcəyik”.

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş mayın 16-da saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 16.05.2025 22:05
“Gecəyarısı bacımla gedib atamın qəbrinin üstündən torpaq götürdük” - FOTO - VİDEO
Siyasi, Sosial / 16.05.2025 14:22
“Vətən üçün burnumun ucu göynəyir” – Güllü Qocayevanın həyat hekayəsi – ANONS - VİDEO
Siyasi, Təhlil / 15.05.2025 22:54
Ermənistanın qanunvericilik, icra və məhkəmə orqanlarında Azərbaycan dili işlənəcək - VİDEO
Siyasi, Təhlil / 15.05.2025 14:22
“Zəngəzurda böyük eksklav yaradılacaq?” – ANONS - VİDEO
Siyasi, Sosial / 14.05.2025 22:23
Nadir şaha görə ərini öldürüb, qalanı təhvil verən erməni qadını - VİDEO
Siyasi, Sosial / 14.05.2025 13:37
Tumanyanın fahişə diplomatiyası – ANONS - VİDEO
Mədəni / 14.05.2025 09:22
Bakıda “Muğam” Televiziya Müsabiqəsinə start verilib - FOTO - VİDEO
Siyasi, Sosial / 13.05.2025 22:57
Axsu, Axtaxana, Axtacul, Axund Buzovand, Axura – türk tarixinin izi - VİDEO
Elm və təhsil, Müsahibə, Video müsahibə / 13.05.2025 18:53
“İrəvan erməniləri Qarabağ ermənilərini niyə bəyənmirlər?” - VİDEO
Siyasi, Sosial / 13.05.2025 14:51
Hayların ölü kəndə çevirdiyi məkan – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Video müsahibə / 13.05.2025 13:22
Qarabağ erməniləri qıpçaq albanların törəməsidir – ANONS - FOTO - VİDEO
Müsahibə, Mədəni / 12.05.2025 22:56
“Mirzə Qədim İrəvanini təbliğ etmək Qərbi Azərbaycanı yaşatmaqdır” - VİDEO
İdman / 11.05.2025 17:09
Turan Nəbiyev 13 yaşlılar arasında birinci olub - FOTO
Elm və təhsil / 10.05.2025 22:15
“Sufizm türk şamanizmindən yaranıb” - VİDEO
Siyasi, Sosial / 09.05.2025 22:32
“Heydər Əliyev Moskvada vəzifəyə seçiləndə ermənilər çaxnaşmaya düşmüşdülər” - FOTO - VİDEO
Siyasi, Sosial / 09.05.2025 13:22
“Quş olub kəndimizə uçmaq istəyirəm” – Kifayət Nəzərovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi / 09.05.2025 11:22
Babamın “qara kağızı”… Əsgər Əlioğlu - FOTO
Siyasi, Təhlil / 08.05.2025 22:14
Paşinyanın babasının iştirak etdiyi erməni legionunu Qərbi Azərbaycanla nə bağlayır? - VİDEO
Siyasi / 08.05.2025 14:09
Njdenin Zəngəzurda abidəsi söküləcək – ANONS - VİDEO
Sosial / 07.05.2025 22:56
“İranlılar Ermənistana sərxoş olmağa, qızlara görə gəlirlər” - VİDEO
Sosial / 07.05.2025 14:22
İrəvanda nə qaldı? – ANONS - VİDEO
Siyasi, Sosial / 06.05.2025 22:36
Axta, Axtala – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 06.05.2025 18:51
“Ermənistan fürsətdən istifadə edib Azərbaycanın uzatdığı əli qəbul etməlidir” - VİDEO
Siyasi, Sosial / 06.05.2025 14:31
Padarların saldığı oğuz yurdu – ANONS - VİDEO
Müsahibə, Siyasi / 06.05.2025 13:16
“Ermənistan sülhə qarşı gedə bilməz” – ANONS
Siyasi, Video müsahibə / 05.05.2025 22:53
“Moskva elitası ermənilərin himayədarına çevrilmişdi” - VİDEO