Bu şahmatçılar yarımfinala vəsiqəni təmin etdilər
Dünya çempionu Maqnus Karlsenin dəvəti ilə keçirilən onlayn şahmat turnirində altıncı tura yekun vurulub.
Rakus.az xəbər verir ki, ABŞ şahmatçısı Hikaru Nakamura çinli Liren Dinq qarşılaşmasında rəqibinə “armagedon”la qalib gələn Amerika təmsilçisi 2 xal əldə edərək M.Karlsenin liderliyinə şərik çıxıb. L.Dinq isə 1 xal qazanıb. ABŞ-ın daha bir təmsilçisi Fabiano Karuana da liderlər qrupuna daxil olub. Belə ki, fransalı Maksim Vaşe-Laqrava 2,5:1,5 hesabı ilə qalib gələrək aktivinə 3 xal yazdıran amerikalı şahmatçı xallarının sayını 13-ə çatdırıb.
Hazırda turnir cədvəlinə 13 xalla M.Karlsen, H.Nakamura və F.Karuana başçılıq edirlər. L.Dinqin 12, FIDE təmsilçisi Əlirza Firuzca və rusiyalı Yan Nepomnyaşinin 6, M.Vaşe-Laqravın 5, niderlandlı Aniş Girinin 4 xalı var.
İlk dördlükdə qərarlaşan şahmatçılar vaxtından əvvəl yarımfinala vəsiqəni təmin ediblər.