Gündəm
30.09.2019
19:38
Buna da şükür – Rafael Cəbrayılov

Xəbər verildiyi kimi, Milli Məclisin üzvü Rafael Cəbrayılov mandatından imtina etməklə bağlı parlamentə müraciət edib. Buna səbəb onun 300 min manat borc qarşılığında deputat vəsiqəsini girov qoymasının ortaya çıxmasıdır.
İndi həmin eksklüziv müsahibəni təqdim edirik.
– Öncə sizi girovluqdan azad olmağınız münasibətilə təbrik edirik.
– Çox sağ olun (köks ötürür). Doğrudan da dünyanın qəribə işləri var. Vaxt vardı Rafael müəllimi mandat alması münasibətilə təbrik edirdilər, indi isə həmin mandatı – yəni məni girovluqdan azadlığa buraxılmağım münasibəti ilə təbrik edirlər.
– Azadlıq necə hissdir?
– Xahiş edirəm siyasi söhbətlər eləməyək. Burda dediklərimizi ermənilər də oxuyur…
– Axı…
– Əşşi, uzatma da… Azadlıq-zad, bunlar hamısı inkişafımızı gözü götürməyən qüvvələrin uydurmalarıdır. Azadlıq o demək deyil ki, ağlına, ağzına gələni danışasan, yazasan. Başqasının azadlığı başlayan yerdə mənim azadlığım qurtarır.
– Siz yanlış anladınız. Mən girovluqdan azad edilməyiniz barədə soruşurdum…
– Hə, bunu əvvəldən de də… Vallah, hələ ki, məni Rafael müəllimin əlindən almayıblar, buna əvvəlcə Milli Məclis baxmalıdı, sonra da Mərkəzi Seçki Komissiyası qərar verməlidi. Yəni belə baxanda mən hələ də girovluqdayam, fərqi nədir borcverənin əlindəyəm, yoxsa borcalanın. Ancaq hər halda gələcəklə bağlı ümidliyəm. İnanıram ki, tezliklə bu ağır günlər arxada qalacaq.
– Sirr deyilsə, necə oldu ki, girov qoyuldunuz?
– Açığı, lap əvvəldən səksəkədə olmuşam, hiss etmişəm ki, Rafael müəllim məni hər an mənim başıma bir iş gətirə bilər. Toya gedirdik, qorxurdum bir də gördün pulu olmadı, qutuya nəmər yerinə məni atdı. Maşına benzin vururdu, canıma vicvicə düşürdü ki, aha, vəssalam, axırda operatora pul yerinə məni uzadacaq. Allah heç kimə qismət eləməsin, çox çətin günlər keçirmişəm, çox…
– Amma axırda 300 min manat borcun müqabilində girov qoyuldunuz.
– Qurbanolduğumdan gizli deyil, sizdən niyə gizli olsun, buna bir növ sevindim də… Baxma da, ağzında 300 min manat deyirsən? Az pul deyil ki! Bir var gedib restoranda yeyib-içəydi, “şot” verməyə pulu çatmazdı, girov qoyardı, bir də var 300 min manatın əvəzində… Bizim də özümüzə görə adımız-sanımız var, yenə şükür, xırda-xuruş, qəpik-quruş şeylərə görə dilə-dişə düşmədik. Dost-düşmən eşidib nə deyərdi?!
– Girovluqda sizə qarşı rəftardan narazılığınız yoxdu ki?
– Düzü, məni bir mandat kimi Rafael müəllimə verəndə bilirdim ki, bu yolda hər cür çətinlik var. Ona görə də istənilən situasiyaya hazır idim. Saxlanılma şəraitimdən də heç bir narazılığım olmayıb. Deputatın cibi ilə müqayisədə yerim xeyli geniş idi, üstəlik, qulağım da dinciydi. Yoxsa bezmişdim Rafael müəllimin bu borc söhbətlərindən. Ondan borc, bundan borc… Nə qədər borc almaq olar e? Göydə quş görürdüm, deyirdim, aha, indi müəllim onu da saxlayıb borc istəyəcək. Bir də gördün, odu e, hansısa qaranquşun, leyləyin dimdiyində yellənirəm. Mənə lazım idi bu?
– Rafael müəllimi sonuncu dəfə nə vaxt görmüsünüz?
– Yadıma gəlmir… O qədər müddətdir girovam, bir dəfə maraqlanmayıb ki, görüm hardadı, neyləyir, birdən elə yerdə saxlayarlar nəm-zad çəkər. Hesab edirəm ki, mən bu cür münasibətə layiq deyildim. Necə olsa da, əvəzimdə o boyda pul borc almısan, üstəlik, geri qaytarmamısan, adam heç olmasa arayıb-axtarar, quruca təşəkkür eləyər.
– Son olaraq söyləmək istədiyiniz bir şey varmı?
– Xahiş edirəm, Rafael Cəbrayılovun mandatdan imtina ilə bağlı müraciətini möhkəm saxlasınlar. Bilmək olmaz, bir də gördün həmin müraciəti də götürüb girov qoydu, yenidən borc götürdü. Pir mənimdi, kəramətinə bələdəm, ondan nə desən çıxar. (Qaynarinfo)
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
Siyasi, Təhlil
/
17.04.2025
22:38
Mədəni, Mətbuat
/
17.04.2025
19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir” - FOTO - VİDEO
Təhlil
/
17.04.2025
14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil
/
16.04.2025
22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat
/
16.04.2025
18:22
Elm və təhsil
/
16.04.2025
13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi
/
16.04.2025
00:01
Siyasi, Sosial
/
15.04.2025
22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə
/
15.04.2025
18:49
Siyasi, Sosial
/
15.04.2025
14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi
/
15.04.2025
13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm
/
15.04.2025
10:06
Video müsahibə
/
14.04.2025
22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil
/
14.04.2025
10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni
/
12.04.2025
22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial
/
11.04.2025
22:23
Siyasi, Sosial
/
11.04.2025
13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil
/
10.04.2025
22:33
Hərbi, Təhlil
/
10.04.2025
13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil
/
10.04.2025
11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi
/
09.04.2025
22:32
Siyasi
/
09.04.2025
13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial
/
08.04.2025
22:27
Müsahibə, Siyasi
/
08.04.2025
18:35
Siyasi, Sosial
/
08.04.2025
14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi
/
08.04.2025
13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS