Bundan sonra necə edək ki, gecikməyək – Fazil Mustafa
Millət vəkili Fazil Mustafa xalqımızı əsrlər boyu narahat edən bir məsələ ilə bağlı cəmiyyətə ismarış göndərib.
Rakus.az onun fikrini olduğu kumi təqdim edir:
“Qori Müəllimlər Seminariyası 1876-cı ildə təsis edilib. Yarandığı gündən rus, gürcü, erməni bölmələri fəaliyyət göstərib. Türk bölməsi isə 1879-cu ildə açılıb. Burada da üç il gecikmişik… İndi deyərlər ki, Rusiya hökumətinin o zaman bizə münasibəti onlardan fərqli idi. Axı İranda da yenicə öz dilimizdə təhsil almağa icazə verdilər. Yalnız iqtisadiyyatda da tələbə görə təklif nəzərdə tutulmur. Siyasi, mədəni, sosial həyatda da belədir. Tələbimiz yetərli deyil. Geriliyimizin, məğlubiyyətlərimizin səbəblərini bu gecikmələrdə axtaraq. Və bir sualı cavablandırmağa çalışaq: “Bundan sonra necə edək ki, gecikməyək?””