Kişilər COVID-19-dan daha çox əziyyət çəkir
Britaniyalı həkimlər bu qənaətə gəliblər ki, kişilər qadınlardan daha çox koronavirusdan əziyyət çəkir.
Rakus.az xəbər verir ki, müşahidələrə əsasən, Böyük Britaniyada güclü cinsin nümayəndələri koronavirusdan iki dəfə çox ölür.
Bundan əlavə, əgər qadınlara infeksiyadan qurtulmaq üçün orta hesabla dörd gün lazım olursa, kişilərdə bu proses ən azı altı gün davam edir.
Mütəxəssislər ehtimal edir ki, kişilərin koronavirus qarşısında daha zəif olması xayaları ilə bağlıdır.
Onların fikrincə, orqanizmə daxil olan virusun hissələri həmçinin testikullardakı zülalların arasında gizlənir.
Xəstəlik məhz orada immun sistemin hücumlarından qorunur.
Koronavirus bədəndə ACE2 zülalı və ya anqiotenzinçevirən fermenti ifraz edən hüceyrələrə bağlanır. Bu fermentlər insanın ağ ciyərlərində, ürəyində və bağırsağında mövcuddur. Bundan əlavə sözügedən zülallar kişi testikullarında var.