Bunları bilirsinizmi?
Koronavirusun yeni növünün meydana çıxdığı Uhan şəhərində maska ilə qaçdığı üçün 26 yaşlı kişinin ağciyərləri partlayıb.
Rakus.az xəbər verir ki, nəfəs darlığı olan həmin şəxs əməliyyat olunub.
Həkimlər xəstənin sol ağciyərinin 90 faiz daraldığını və ürəyin bədənin sağ tərəfinə keçdiyini qeyd ediblər. Bu hadisədən sonra mütəxəssislər yanlış maska istifadəsinə diqqət yönəldiblər.
Ege Universiteti Tibb Fakültəsinin həkimi Mehmet Sezai Taşbakan koronavirus səbəbi ilə maska ilə idman etməyin ölümcül təhlükəli olduğunu deyib.
Onun sözlərinə görə, bir çoxları yalnız tibb işçilərinin istifadə etdiyi maskalardan taxırlar və bu vasitələr nəfəs almağı məhdudlaşdırır:
“Bizim əhaliyə tövsiyə etdiyimiz cərrahi maskalardır. Ancaq insanlar bilmədən tibb işçilərinin xəstəyə müdaxilə etdikdə taxdıqları maskalardan da istifadə edirlər. Bunlar normal həyatda istifadə edilməli olan maskalar deyil. Uzun müddət istifadə zamanı verdiyimiz nəfəsi yenidən udmalı oluruq. Bu da karbon qazının qanda artmasına, nəticədə isə bayılma, qəfil ölüm kimi nəticələrə səbəb ola bilər. Xüsusilə, idmanla məşğul olan insanlarda bu maskaların istifadəsi ciddi təhlükə yaradır”.
O deyib ki, izdihamlı mühitdə məsafəni 1,5 metr saxlamaq və cərrahi maska taxmaqla idman edilə bilər.