Bunları bilirsinizmi?
Tibb işçiləri virus infeksiyalarından profilaktik tədbir olaraq antibiotikləri təyin edə bilərlər, lakin nəticədə bu, bakterial ağırlaşma hallarının xeyli sayda artmasına gətirir.
Rakus.az xəbər verir ki, antibiotiklərin dəhşətli nəticələri barədə məşhur ukraynalı həkim və aparıcı Yevgeni Komarovski özünün “İnstagram” hesabında xəbərdarlıq edib.
Onun sözlərinə görə, insanı müəyyən bakteriya qrupundan xilas edə bilən antibiotik, digər patogen orqanizmlərin çoxalmasına da töhfə verə bilər.
Komarovski infeksion xəstəlik üçün vitamin qəbul etməyin də mənasız olduğunu bildirib. Onun sözlərinə görə, ancaq avitaminoz varsa, onları içmək olar.
Həkim onu da bildirib ki, vitamin kompleksi ancaq insan özünütəcridə düzgün hazırlaşmadığı və zərərli qida ehtiyatı topladığı halda faydalı ola billər.