Maraqlı 14.10.2019 08:45

BÜRCLƏR – 14 oktyabr

Qoç – Güclü və zəif yönlərinizi müəyyənləşdirin. Şəxsi münasibətlərdə sizi narahat edən, çoxdan bəri çözüm yolunu aradığınız maneəni aradan qaldırın. Fəaliyyətinizin məhsuldar olması üçün zəruri addımlar atın.
Günün ikinci yarısı işdə rəhbərliklə danışmaq, həmkarlarla bəzi məsələləri müzakirə etmək üçün əlverişlidir. İşgüzar müzakirələr və yazışmalarda tələskənliyə yol verməyin.
Axşam saatlarında emosiyalarınızın tarıma çəkilməsi dəyər verdiyiniz münasibətlərə zərbə vura bilər.

Buğa – Günün ilk yarısından etibarən yaxın ətrafınızdakı insanlarla və qohumlarınızla münasibətlərdə gərginlik yarana bilər. Yaşlı qohumların, ailə üzvlərinin dediklərini dinləyin. Məsləhətləri qulaqardına vurmayın.
Günün ikinci yarısında problemlərin həllinə yaradıcı yanaşın. Tapşırıq və sifarişləri vaxtında, keyfiyyətlə yerinə yetirin. Cari öhdəlikləri unutmayın.
Axşam saatlarını dostlarınızla keçirin. Səs-küylü məclis əhvalınıza mənfi təsir edəcək.

Əkizlər – Çevik, qıvraq, mütəhərrik olun. Cari işlərin öhdəsindən nəzərdə tutduğunuz vaxtdan da tez gələ bilərsiniz. Vədlərinizi yerinə yetirin. Öhdəlikləri unutmayın.
Günün ikinci yarısında həmkarların yardımlarına bel bağlaya bilərsiniz. Bəlli məsələ ilə bağlı işdə rəhbərlik sizin dediklərinizi nəzərə alacaq. Yaradıcı insanlar üçün yaxşı zamandır.
Axşam saatlarında məişət işlərinin yerinə yetirilməsində “üzüyola” olsanız, qohumlar və ailə üzvlərinizlə münasibətləriniz daha da yaxşılaşar.

Xərçəng – Qapalı olmayın, ünsiyyətdən yararlanın. Yaxın ətrafınızdakı insanlarla təmaslarda arqessiv davranmayın. Qarşı tərəfin dediklərinə qulaq asın, eşitdiklərinizi qulaqardına vurmayın. Özünüzdən bədgüman olmayın.
Günün ikinci yarısında tərəfdaş və ya şəriklə müzakirələrdə mövqelərinizdən geri çəkilməyin. İşdə rəhbərliklə danışası olsanız, vəzifənizin artırılması, maaşın məbləğinin yüksəlməsi ilə bağlı çoxdan demək istədiklərinizi söyləyin.
Şəxsi münasibətlərdə nəzakətli olun.

Şir – Oxşar maraqlar, məqsədlər və planlarınız olan insanlarla bir araya gəlmək pis olmaz. Gün sakit deyil, əhvalınız dəyişə bilər. Olayların axarı təmasda olduğunuz insanlar və gördüyünüz işlərdən asılıdır.
Zamandan məqsədə çatmaq üçün maksimum istifadə edin.
Hər problemin həlli üçün birbaşa müdaxilə yaramır.
Təmkinli və soyuqqanlı davranış gərəksiz problemlərdən qurtulmağa yardım edə bilər.
Kommersiya işlərində uğurlu gündür.
Axşam saatlarında romantik şəraitdə görüşü reallaşdıra bilərsiniz.

Qız – Uğurlu gündür. Hadisələrin normal axarı sizə bəyəndiyiniz işi seçməyə imkan verir. Qətiyyət və iradə ilə çalışsanız, sürətli irəliləyişə nail ola bilərsiniz.
Günün ikinci yarısında problemlərin həllinə yaradıcı yanaşın. Romantikaya qapılaraq düşünülməmiş addım atmayın. Dəyər verdiyiniz insanlarla münasibətlərinizi korlamayın.
İnadkarlıq etməyin, münaqişə və ya mübahisə üçün səbəb aramayın.

Tərəzi – Günün ilk yarısını qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün fayda ilə keçirə bilərsiniz. Konkret material nəticəyə yönəlmiş iş xüsusilə yaxşı sonuclar verəcək. Abstrakt mənfəətlə maraqlanmayın.
Günün ikinci yarısında ünsiyyəti birgə fəaliyyət və ya əməkdaşlıqla məhdudlaşdırın. Yaxın gələcəklə bağlı yeni planlar qurmaq olar. İşgüzar toplantılara qatılın, problemləri həll edin. Yazışmalarda passivlik etməyin.
Axşam saatları ev işləri üçün sərfəlidir. Daşınmaz əmlak və ya torpaqla bağlı problemləri həll etmək olar.

Əqrəb – Səhər saatlarından etibarən çox danışmalı olacaqsınız. Yaxın ətrafınızdakı insanların bəziləri sizi anlamır və ya anlamaq istəmirlər. İnternet təmaslarında diqqətli olun. Tam oxumadığınız və mahiyyətinə bələd olmadığınız sənədi imzalamayın.
Günün ikinci yarısı hüquqi mübahisələrin yoluna qoyulması, niyyətlərin və məramların müzakirəsi üçün əlverişlidir. Qarşı tərəflə danışıqlar apararaq ortaq məxrəcə gəlmək olar.
Bəzi problemləri axşam saatlarında qeyri-rəsmi şəkildə həll etmək mümkündür.

Oxatan – Enerjili olun. Çətinlikləri dəf etmək üçün kənardan yardım gözləməyin. Planlarınızı təhlil edin. Əsas məsələlər ikinci dərəcəli məqamların kölgəsində qalmamalıdır. Qaydalar, normalar və qanunlar çərçivəsindən kənara çıxmayın.
Günün ikinci yarısında əldə etmək istədiyiniz nəticələri müəyyənləşdirin. Fərdi fəaliyyət qrafikini tərtib edin.
Axşam saatlarında ailə üzvlərindən birinin problemini həll etmək gərəkdir. Qəfil qərarlar effektiv olmayacaq.

Oğlaq – Mümkün qədər sürətli olun. Qətiyyətlə davranın. Problemlərin həllində iradənizi nümayiş etdirin. Qüvvənizi, potensialınızı gərəkli işlərə sərf edin.
Bilik və bacarıqlarınızdan bəhrələnmək üçün əlverişli zamandır.
Çoxdan bəri həyata keçirmək istədiyiniz planları reallaşdırmaq üçün günün ikinci yarısı əlverişli zamandır. Əvvəllər yalnız arzuladığınız məqsədə çatmaq üçün bütün vasitələrdən istifadə edin.
Emosional davranış, hisslər, aqressivliyiniz yaxın ətrafınızdakı insanlarla münasibətlərinizi korlaya bilər. Dostlar və ya qohumlara güzəştə getmək gərəkdir.

Dolça – Səhər saatlarından etibarən tələskənlik etməyin. Bəzi məsələlərin çözülməsində gözləmə mövqeyi tutmaq daha əfzəldir. Ətrafınızdakı şəraiti tam anlamırsınızsa, mühüm işlərin reallaşdırılmasına başlamayın.
Günün ikinci yarısında hadisələrin inkişaf məcrasını təxminləyin. Əks halda ciddi yanlışlığa yol verəcəksiniz. Səhv indiyədək əldə etdiyiniz uğurlarla nəticələrin üstündən xətt çəkə bilər.
Yaxınlarınızla ünsiyyət münaqişəyə çevrilməsin.
Axşam saatları etiraflar zamanı deyil.

Balıqlar – Emosiyalarınıza əsir düşərək, hisslərinizə uyaraq düşünülməmiş addımlar atmayın. Günün emosional fonu sizdən rasional və praqmat davranış tələb edir. Həddən artıq aktiv olmayın. Zərurət varsa, tempi bir qədər aşağı salın. Günün ikinci yarısında şəriklər və ya tərəfdaşlarınızdan biri sizə sürpriz edə bilər. Gözlənilməz hadisələrə hazır olun. Situasiyanın ani dəyişikliklərindən faydalanın. Axşam saatlarında gəzintiyə çıxın, stressdən qurtulmağa çalışın. (Milli.Az)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO