Maraqlı 15.11.2019 08:45

BÜRCLƏR – 15 noyabr

Qoç – ətrafınızdakılara qarşı çox tələbkar olmayın. Dilinizi saxlamaq, birmənalı olmayan situasiyanı zarafata çevirmək elə də çətin deyil, üstəlik, faydalıdır. Bundan başqa, başınızı qatacaq maraqlı bir iş tapın, tənbəllik, bekarçılıq sizi bədbinliyə sürüyəcək.
Ailə üzvlərinizin sizin dəstəyinizə və yardımınza ehtiyacı var, amma onlara qayğı göstərərkən nəzakət qaydalarını aşmayın, çox da canfəşanlıq etməyin. Xüsusilə yeniyetmələrlə ünsiyyət zamanı bunu unutmayın, onlar çox hissiyyatlı olurlar. Gərəksiz xərclər mümkündür, dəyərli bir əşyanızı itirə bilərsiniz.

Buğa – iş üçün bu gün tamamilə yararsızdır. Əgər təsadüfən işdən yayınıb özünüz üçün istirahət günü təşkil edə bilsəniz, o zaman vacib işləri bir kənara qoyub məhz istirahət etməyə cəhd göstərin. Amma işləmək lazımdırsa, o zaman danışıqları təxirə salın. Nəbadə rəhbərliyin və sizin karyeranızın asılı olduğu insanların gözünə görünəsiniz.
Yaxınlarınızla dil tapmaq çox çətindir, çünki heç siz özünüz özünüzü başa düşmürsünüz. Vacib məsələləri müzakirə etməyin. Ümumiyyətlə, bütün bu cür işləri daha yaxşı vaxta qədər təxirə salın.

Əkizlər – kommersiya fəaliyyəti üçün münasib gündür. Demək olar ki, bütün sövdələşmələr uğurlu olacaq. Əcnəbilərlə görüşlər yaxşı keçəcək. Xaricə səfər ümidlərinizi doğruldacaq. Sahibkar Əkizlər öz bizneslərini beynəlxalq miqyasda genişləndirə biləcəklər.
Yaxınlarınızda aranızda gərginlik yaranır. Yerində deyilməyən istənilən sözdə, zarafatda incimək üçün bir bəhanə tapırsınız. Yaxınlarınızla pul və ya uzaq gələcək barədə planları müzakirə etməyin, vahid fikrə gələ bilməyəcəksiniz.

Xərçəng – asan gün deyil, amma siz dözümlüsünüz, istənilən zərbəyə sinə gərirsiniz, bu səbəbdən də uğurlarınız çoxdur. Əks cəbhənin dostları sizə öz köməklərini təklif edə bilərlər. Sizə təklif olunandan yararlanın, amma ehtiyatı əldən verməyin.
İşdə və evdə münaqişələr ola bilər, əsas məsələ odur ki, siz bunları şişirtməyəsiniz. Xırda alış-veriş, istirahət əhvalınızı yüksəldəcək. Alkoqoldan imtina edin.

Şir – bu günün əksər hissəsini öz qorxu və zəifliklərinizi yenməyə sərf edir, bir çox fürsətləri əldən qaçırırsınız. Bir çox Şirlər bu günü daxili vurnuxma, əzablar, narahatlıq içində keçirəcəklər. Ən pisi də odur ki, bunların səbəbini də bilmirsiniz.
Amma hamı bir deyil. Bəzi Şirlər özlərini ələ ala biləcəklər. Onlar üçün gün yaxşı keçəcək, həm dostları, həm həmkarları və rəhbərlik, həm də ailə üzvləri ilə yola gedəcəklər.

Qız – zərərli vərdişlərdən imtina etmək məsləhətdir. Qrafikdə dəyişiklik edərək yeni ritmə uyğunlaşmaq gərəkdir.
Təəssüf ki, mənfi tendensiyaların təsirini tamamilə azaltmaq mümkün deyil. Bu səbəbdən yaxın insanlar arasında mübahisələr yaranır, ailə münaqişələri aktuallığını qoruyur. Amma bu, o demək deyil ki, dərhal təslim olmaq lazımdır. Aranızda qara pişik oturubsa, onu qovun, bir-birinizi itələməyin.

Tərəzi – uğursuz gündür, hər addımda bir problem yaranır. Rəhbərlik və iş ortaqlarınızla münasibətlər o qədər qeyri-sabitdir ki, peşəkar gələcəyinizin uğuruna şübhə etməyə başlayırsınız. Şəxsi simpatiya və antipatiyanız işləri gərəkdiyi qaydada aparmağınıza mane olur.
Yaxın dostlarınızdan hərəkətlərinizi təqdir etmələrini gözləyirsiniz. Onların öz rəyi olduğu barədə isə düşünmürsünüz. Nəticədə yeni-yeni münaqişələr yaranır. Bunların öhdəsindən gəlmək isə asan deyil.

Əqrəb – evdəki problemləri evdə qoyun, bütün fikrinizi işə yönəldin, o zaman uğurlu ola bilərsiniz. Şəxsi və işgüzar münasibətləri bir-birinə qatmayın. İşdə məhəbbət macərası nədir, hətta kiməsə isti nəzərlərlə baxmağı da unudun!
Gərəksiz xərclər mümkündür. Hansısa maliyyə fırıldağında iştirakınıza görə sonra çox peşman olacaqsınız. Avtomobil almaq və ona minib uzaq səfərlərə çıxmaq qətiyyən məsləhət deyil. Səfər etmək həvəsiniz böyükdürsə, dənizdə (çayda, göldə) gəzintiyə çıxın.

Oxatan -aktiv fəaliyyət, məqsədə doğru irəliləmək üçün uyğun gündür. Yaxşı formadasınız, hətta artan gərginlik də sizi yormayacaq. İdmanla, fiziki işlə məşğul olmaq, uzaq səfərlərə getmək olar. şəxsi münasibətlərdə təşəbbüskar olun. Hisslərinizi etiraf edə bilərsiniz.
Unutmayın, dünyanı əla da olmasa, bir az daha yaxşı edə bilərsiniz. Gün evinizi abadlaşdırmaq, imicinizi dəyişmək üçün münasibdir.

Oğlaq -günün əksər hissəsi başınız məişət işlərinə, ailə qayğılarına qarışacaq. Bütün işlərə vicdanla yanaşırsınız. Odur ki, istənilən problemin həlli adətən olduğundan daha çox vaxt alır. Müştərək fəaliyyət məsləhət deyil – tez-tez özünüzdən çıxır, insanlara əsəbləşirsiniz.
Bu gün zədə almaq ehtimalınız böyükdür. Yorucu fiziki işdən, ekstremal idman növlərindən, uzaq səfərlərdən çəkinmək gərəkdir. Günün ikinci yarısı sevdiyiniz insanla açıq danışmağa çalışın – müzakirə etməli çox mövzu var.

Dolça – gün çox şey vəd edir. İşgüzar aktivliyiniz çox yüksəkdir. Qeyd etmək yerinə düşər ki, Dolçaların çoxu bu gün şəxsi problemlərinin əlindən baş götürüb işə qaçırlar. Bu səbəbdən işdə böyük entuziazm göstərməyinizi anlamaq asandır. İri sövdələşmələr bağlamaq olar.
Daxili narahatlıq, gərginlik və şübhələrin artmasına imkan verməyin. Pis fikirləri başınızdan qovmaq üçün idmanla, aktiv istirahətlə, açıq havada fiziki işlə məşğul olun. Səfərlər yaxşı keçəcək.

Balıqlar – qohumlarla ünsiyyət, ailə bağlarının möhkəmləndirilməsi üçün münasib gündür. Qadınlarla, xüsusən yaşlı xalalarla söhbət sizə xoş təsir bağışlayacaq. Onların həyat təcrübəsi, müdrikliyi son günlərin hadisələrinə başqa nöqteyi-nəzərdən yanaşmağa imkan verəcək.
Günün ikinci yarısı xoş sürprizlər mümkündür. Dostlarınızın kefinə sizə baş çəkmək düşəcək. Sevgi etirafları eşidə bilərsiniz. Yaxınlarınızla münasibətləri yalnız sizin zarafatlarınız poza bilər: yumor hissiniz bu gün bir az kobuddur. (Milli.Az)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO