Çarın itaətini qəbul etməyən Pəmbək mahalı – ANONS
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində Əsgər İbrahimovun müəllifliyi ilə ermənilərin tarix boyu havadarlara sığınaraq çirkin niyyətlərini reallaşdırmaq üçün müxtəlif vasitələrə əl atıb böldüyü əzəli torpaqlarımızdan biri – Pəmbək mahalı haqqında süjet hazırlanıb.
Rakus.az xəbər verir ki, “İki rayona bölünən mahal – murdar erməni planı” adlı süjetdə indiki Ermənistan ərazisində ən qədim zamanlardan bəri Azərbaycan türklərinin etnogenezində iştirak edən müxtəlif türk boylarının yaşadığı, Pəmbək etnotoponiminin “uca bəylər” anlamına gələn etimoloji izahının Dədə Qorqud boylarındakı Oğuz babalarımızı xatırlatdığı bildirilir.
Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında iyulun 26-da saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanacaq.