Gündəm 18.11.2019 12:25

Cəlil Məmmədquluzadənin nəticəsi ev-muzeyinin açılışında iştirak etdi - FOTO

Noyabrın 18-də noyabr Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən və yeni tərtibatdan sonra açılışı olub.

Rakus.az xəbər verir ki, açılış mərasimində  Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli, Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar, mədəniyyət və ictimaiyyət xadimləri ilə yanaşı Cəlil Məmmədquluzadə nəslinin davamçıları – nəticəsi Martin Cavanşiri və kötücəsi Przemislav Cavanşiri də iştirak ediblər.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək bildirib ki, Mirzə Cəlil bütün yaradıcılığı ilə bərabər həm də çox böyük azərbaycanlıdır: “O, Azərbaycanın ədəbiyyatı, maarifi, dilinin təmizliyi uğrunda çalışan, insanlarımızın cəhalətdən, dini mövhumatdan, mollalıq dini tərbiyəsindən azad olmaq üçün çalışan insandır. Bəlkə də üstündən 150 il keçəndən sonra Cəlil Məmmədquluzadənin irsinə nəzər salanda görürük ki, o və onun qələm yoldaşları bu xalq üçün çox böyük işlər görüblər. Bu gün onun ev muzeyinin təmirdən sonra yenidən açılmasına görə çox sevinirəm. Bu gün muzeydə yeni ekspozisiyalar təqdim olunur. Düşünürəm ki, muzey gələcəkdə ekspozisiyaların daha da genişləndirilməsində böyük rol oynayacaq”.

Xalq yazıçısı Anar isə qeyd edib ki, Bakıda Cəlil Məmmədquluzadənin muzeyi əvvəllər də  olsa da, ümummilli lider Heydər Əliyev Moskvaya gedəndən sonra baxımsız vəziyyətdə qalıb: “Mən də o vaxt bu barədə bir yazı yazmışdım. Sonralar Heydər Əliyev ölkə rəhbərliyinə qayıdandan sonra muzeyə diqqət yenidən artırıldı. Bu muzeydə Cəlil Məmmədquluzadənin ömrünün ən ağrılı anları keçib. O bu evdə övladlarını soyuqdan qorumaq üçün öz əlyazmalarını yandırıb. Həmidə xanım xatirələrində yazır ki, Mirzə Cəlil ev qızanda dedi ki, hə, indi uşaqlar rahat yata bilərlər. Mənə elə gəlir ki, bu ocaq tək onun balalarını yox, bu gün bizi də isidir”.

Akademik İsa Həbibbəyli çıxış edərık 68 illik fasilədən sonra Mircə Cəlilin nəslinin davamçılarının ilk dəfə vətənlərinə qayıtdıqlarını bildirib: “Mirzə Cəlilin nəvələri İran, Polşa, Fransa və İrlandiyada yaşayır. Cəlil Məmmədquluzadənin nəticəsi və kötükcəsi hazırda bizimlədir. Onlar ulu babalarının evində olacaqlar. Bu evdə Cəlil Məmmədquluzadə özünün ən böyük əsərlərini yazıb. Bu evin ona verilməsində Azərbaycan xalqının böyük oğlu Nəriman Nərimanovun böyük xidmətləri olub. Sovet rejimi onu İrandan dəvət etsə də, ona bir il ərzində lazımı diqqət yetirilməyib. Evin birinci mərtəbəsi “Molla Nəsrəddin” mətbəəsi, ikinci mərtəbəsi isə mənzil kimi istifadə olunub. Azərbaycanın görkəmli yazıçıları bura onunla görüşə gəlib”.

Daha sonra C.Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri çıxış edərək ulu babasına göstərilən bu diqqətə görə təşəkkürünü bikditib: “Mən təsəvvür etməzdim ki, ona Azərbaycanda bu qədər sevgi var. Bura ilk dəfə gəlirəm, ümid edirəm ki, bu səfərlər davamlı olacaq”.

Çıxışlardan sonra qırmızı lent kəsilib və qonaqlar muzeyi ziyarət ediblər.

Xatırladaq ki, qonaqlar bundan əvvəl  Fəxri Xiyabanda olub, C.Məmmədquluzadənin məzarını ziyarət ediblər.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO