YENİLƏNDİ: Final oyunu başa çatdı – “Çelsi” kuboku qazandı - FOTO
Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final qarşılaşması başa çatıb.
Rakus.az xəbər verir ki, final görüşündə Londonun “Çelsi” komandası “Arsenal”ı 4:1 məğlub edərək kubokun sahibi olub.
00:31
“Çelsi” Bakıda keçirilən UEFA Avropa Liqasının finalında böyük üstünlük əldə edib.
Rakus.az xəbər verir ki, oyunun 65-ci 72-ci dəqiqələrində Eden Azar dalbadal fərqlənib.
O, Oliviye Jiruya qarşı kobudluqdan sonra təyin edilən penaltini dəqiq yerinə yetirib – 3:0.
“Çelsi”nin sürətli əks-hücumu zamanı Eden Hazard Olivye Jiru ilə qısa ötürmələrlə qurduqları gözəl kombinasiyanı qolla tamamlayıb – 4:1. Oyunun 68-ci dəqiqəsində isə “Arsenal” ilk qolunu vurub.
- 00:20
Bakıda keçirilən UEFA Avropa Liqasının finalında ikinci qol vurulub.
Matçın 60-cı dəqiqəsində “Çelsi”nin sol cinahdan təşkil etdiyi hücum qolla nəticələnib.
Eden Azarın ötürməsini Pedro Rodriqes dəqiq zərbə ilə tamamlayıb.
00:12
Bakıda keçirilən UEFA Avropa Liqasının finalında hesab açılıb.
Matçın 49-cu dəqiqəsində “Çelsi”nin forvardı Oliviye Jiru başla fərqlənib.
O, bununla da Avropa Liqasının cari mövsümdə 11-ci qolunu vuraraq bombardirlik yarışında vahid lider olub.
Onun yalnız hesabında 8 qolu olan “Arsenal”ın forvardı Pyer-Emerik Obameyanqın keçmək üçün real imkanı imkanı var.
Bakıda keçirilən UEFA Avropa Liqasının finalında ikinci hissəsi başlayıb.
Rakus.az xəbər verir ki, ilk hissədə hesab açılmayıb.
İkinci 45 dəqiqədə də qalib bilinməsə, əlavə vaxt oynanılacaq. Orada da komandalardan heç biri qələbə hesabını təmin etməyi bacarmasa, qalib penalti seriyası ilə müəyyənləşəcək.
23:53
Bakıda keçirilən UEFA Avropa Liqasının birinci hissəsi başa çatıb.
İlk hissədə hesab açılmayıb.
23:00
Bakıda UEFA finalı start götürüb.
Bakı Olimpiya Stadionunda keçirilən oyunda İngiltərənin “Çelsi” və “Arsenal” komandaları qarşılaşır.
21:52
Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalında qarşılaşacaq İngiltərənin “Çelsi” və “Arsenal” komandaları start heyətlərini açıqlayıblar.
“Çelsi”: 1. Kepa Arrisabalaqa, 28. Sesar Aspilikueta , 27. Andreas Kristiensen, 30. David Luis, 33. Emerson Palmieri, 17. Mateo Kovaçiç, 5. Jorjinyo, 7. Nqolo Kante, 11. Pedro Rodriqes, 18. Oliviye Jiru, 10.Eden Azar
“Arsenal”: 1. Petr Çex, 31. Sead Kolaşinats, 6. Loran Koselny, 5. Sokratis Papastatopulos, 18. Naço Monreal, 15. Enzli Meytlend-Naylz, 34. Qranit Caka, 11. Lukas Torreyra, 14. Pyer-Emerik Obameyanq, 10. Mesut Özil, 9. Aleksandr Lyakezett
Xatırladaq ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 23:00-da başlayacaq.