İdman 19.05.2025 10:18

Çəmbərək Rayon İcması gənclərə hər zaman dəstək verir - FOTO

Çəmbərək Rayon İcmasının ofisində kənd icma sədrlərinin iştirakı ilə iclas keçirilib.

Rakus.az xəbər verir ki, rayon gənclərinin də iştirak etdiyi iclası Çəmbərək Rayon İcmasının sədri, professor Əvəz Ələkbərov açaraq, ilin əvvəlindən indiyədək görülən işlər, nəzərdə tutulan tədbirlər və qarşıda duran vəzifələrdən söz açıb. O deyib ki, rayon ictimaiyyətinin nümayəndələri ilə vaxtaşırı görüşlərin keçirilməsi, planlaşdırılan tərbirlərin icrası və mütəmadi hesabtın verilməsi zəruridir: “Bu, hər birimizin dövlət və dövlətçilik yolunda sədaqətimizi nümayiş etdirməklə yanaşı, insanlarımızı daha da sıx birləşdirir. Qarşıya hədəf kimi qoyulan Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının icrası hər birimizi bu hədəfə nail olmaq üçün daha da yaxınlaşdırır”.

Ə.Ələkbərov idman məsələləri ilə bağlı müzakirəyə də ehtiyac olduğunu söyləyib və bildirib ki, Qərbi Azərbaycan İcmasının təşkil etdiyi idman yarışlarında, o cümlədən futbol turnirində Çəmbərək rayonu da iştirak edir: “Bu, bizi qürurlandırır. Əminəm ki, rayon gənclərimiz yarışlarda daha aktiv olacaq, gənclərin idman mübarizəsində layiqli yerini tutacaqlar. Əsas odur ki, idman yarışlarında rayonun bütün kəndlərinin gəncləri təmsil olunsun. Bunun üçün icma tərəfindən gənclərə lazımi dəstək verilir və bundan sonra da veriləcək. Məqsəd həm gənclərimizi bir yerə yığmaq, idmanımızın, həm də rayonumuzun adını yaşatmaq və təbliğ etməkdir”.

Kənd İcma sədrləri, eləcə də idman üzrə məsul şəxslər və gənclər ötən müddət ərzində görülən işlərdən, gələcəkdə nəzərdə tutulan tədbirlərdən danışıblar. Bildirilib ki, iyunun 1-də Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə Rayonlararası Futbol Turniri start götürür. İstedadlı gənclərdən ibarət futbol üzrə Çəmbərək yığması artıq formalaşıb və yoldaşlıq oyununlarını davam etdirir.  Çəmbərək rayonu və Allahverdi rayonu arasında yoldaşlıq oyunu keçirilib və hesab 2:2 yekunlaşıb. Turnirin başlanmasına qədər bir neçə yoldaşlıq görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Sonda xatirə şəkli çəkdirilib.

                   

XƏBƏR LENTİ
İdman, Sosial / 19.05.2025 10:18
Çəmbərək Rayon İcması gənclərə hər zaman dəstək verir - FOTO
Mədəni / 17.05.2025 22:15
“Xalçada, abidədə, məzar daşında, zərgərlikdə türk nişanları” - VİDEO
Siyasi, Sosial / 16.05.2025 22:05
“Gecəyarısı bacımla gedib atamın qəbrinin üstündən torpaq götürdük” - FOTO - VİDEO
Siyasi, Sosial / 16.05.2025 14:22
“Vətən üçün burnumun ucu göynəyir” – Güllü Qocayevanın həyat hekayəsi – ANONS - VİDEO
Siyasi, Təhlil / 15.05.2025 22:54
Ermənistanın qanunvericilik, icra və məhkəmə orqanlarında Azərbaycan dili işlənəcək - VİDEO
Siyasi, Təhlil / 15.05.2025 14:22
“Zəngəzurda böyük eksklav yaradılacaq?” – ANONS - VİDEO
Siyasi, Sosial / 14.05.2025 22:23
Nadir şaha görə ərini öldürüb, qalanı təhvil verən erməni qadını - VİDEO
Siyasi, Sosial / 14.05.2025 13:37
Tumanyanın fahişə diplomatiyası – ANONS - VİDEO
Mədəni / 14.05.2025 09:22
Bakıda “Muğam” Televiziya Müsabiqəsinə start verilib - FOTO - VİDEO
Siyasi, Sosial / 13.05.2025 22:57
Axsu, Axtaxana, Axtacul, Axund Buzovand, Axura – türk tarixinin izi - VİDEO
Elm və təhsil, Müsahibə, Video müsahibə / 13.05.2025 18:53
“İrəvan erməniləri Qarabağ ermənilərini niyə bəyənmirlər?” - VİDEO
Siyasi, Sosial / 13.05.2025 14:51
Hayların ölü kəndə çevirdiyi məkan – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Video müsahibə / 13.05.2025 13:22
Qarabağ erməniləri qıpçaq albanların törəməsidir – ANONS - FOTO - VİDEO
Müsahibə, Mədəni / 12.05.2025 22:56
“Mirzə Qədim İrəvanini təbliğ etmək Qərbi Azərbaycanı yaşatmaqdır” - VİDEO
İdman / 11.05.2025 17:09
Turan Nəbiyev 13 yaşlılar arasında birinci olub - FOTO
Elm və təhsil / 10.05.2025 22:15
“Sufizm türk şamanizmindən yaranıb” - VİDEO
Siyasi, Sosial / 09.05.2025 22:32
“Heydər Əliyev Moskvada vəzifəyə seçiləndə ermənilər çaxnaşmaya düşmüşdülər” - FOTO - VİDEO
Siyasi, Sosial / 09.05.2025 13:22
“Quş olub kəndimizə uçmaq istəyirəm” – Kifayət Nəzərovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi / 09.05.2025 11:22
Babamın “qara kağızı”… Əsgər Əlioğlu - FOTO
Siyasi, Təhlil / 08.05.2025 22:14
Paşinyanın babasının iştirak etdiyi erməni legionunu Qərbi Azərbaycanla nə bağlayır? - VİDEO
Siyasi / 08.05.2025 14:09
Njdenin Zəngəzurda abidəsi söküləcək – ANONS - VİDEO
Sosial / 07.05.2025 22:56
“İranlılar Ermənistana sərxoş olmağa, qızlara görə gəlirlər” - VİDEO
Sosial / 07.05.2025 14:22
İrəvanda nə qaldı? – ANONS - VİDEO
Siyasi, Sosial / 06.05.2025 22:36
Axta, Axtala – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 06.05.2025 18:51
“Ermənistan fürsətdən istifadə edib Azərbaycanın uzatdığı əli qəbul etməlidir” - VİDEO
Siyasi, Sosial / 06.05.2025 14:31
Padarların saldığı oğuz yurdu – ANONS - VİDEO