Elm və təhsil 05.01.2026 23:28

“Çəmbərək rayonunun adı bir neçə dəfə dəyişdirilib” - VİDEO

Bu gün “Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi filologiya elmləri doktoru, professor Sayalı Sadıqova olub.
O, doğulub boya-başa çatdığı Çəmbərək rayonunun Cil kəndindən söhbət açıb. Qeyd edib ki, Cil kəndi təbiətinin gözəlliyinə görə Qərbi Azərbaycanın digər yaşayış məntəqələrindən fərqlənib. Göyçə gölünün sahilində, dəniz səviyyəsindən iki min metr hündürlükdə yerləşən kəndi üç tərəfdən dağlar əhatə edib.

Alimin sözlərinə görə, tarixi mənbələrdə kəndin XII əsrdə salındığı göstərilir. Cil toponiminə gəlincə, bu, Azərbaycan dilində “torpağın üstünü basan süpürgəvari ot” mənasında işlənən “cil” sözü əsasında əmələ gəlib.

“Toponimlər hər bir xalqın tarixini özündə yaşadır”, – söyləyən professor S.Sadıqova deyib ki, Çəmbərək rayonunda bütün kəndlərin adı türk mənşəlidir. Təəssüflər olsun ki, zaman-zaman bu yaşayış məntəqəsinin adları Ermənistan siyasi rəhbərliyi tərəfindən dəyişdirilib. Misal üçün, təkcə Çəmbərək rayonunun adı bir neçə dəfə bu cür dəyişkənliyə məruz qalıb.
Tarixə ekskursiya edən filoloq-alim vurğulayıb ki, Qərbi Azərbaycanın faciəsi 1828-ci ildə çar Rusiyasının İrəvan xanlığını işğal etməsi, Türkmənçay müqaviləsinin imzalanması ilə başlayıb. Bu andan etibarən azərbaycanlılar öz ata-baba yurdunda sıxışdırılıb, deportasiyaya məruz qalıblar. Onlara məxsus evlərdə Türkiyədən, İrandan və sair xarici ölkələrdən köçürülən ermənilər məskunlaşdırılıblar. Bu siyasət son 200 ildə dəfələrlə təkrarlanıb. 1905-1907 və 1918-1920-ci illərdə isə Cil kəndinin sakinləri amansız qırğınlarla üzləşiblər. Kəndi tərk edə bilməyən yaşlı və köməksiz insanlar daşnaklar tərəfindən qəddarcasına qətlə yetiriliblər. Ermənilər yerli əhalidə xof yaratmaq üçün əzab-əziyyətlə öldürdükləri azərbaycanlıları atın quyruğuna bağlayıb sürüyüblər.

S.Sadıqovanın sözlərinə görə, eyni qəddarlıq və millətçi siyasət sovetlər birliyi dövründə üstü örtülü halda davam etdirilib. İrəvanda azərbaycanlılara çox mənfi münasibət sərgilənib. Bolşevik, kommunist libasına bürünən daşnaklar əllərinə keçən hər fürsətdə soydaşlarımıza böyük zülm veriblər. Sonuncu deportasiya zamanı isə rus əsgərlərinin gözü qarşısında azərbaycanlılar təhqir olunub, fiziki zorakılığa məruz qalıblar. Hətta erməni quldurları azərbaycanlılar yaşayan kəndlərə gecə qaranlığında basqın edib, evləri yandırıb, dinc əhalini öldürüblər. Məcburiyyət qarşısında qalan soydaşlarımız tarixi yurdlarını tərk ediblər.
“Ata-baba yurdumuz ermənilərin əsarəti altındadır”, – söyləyən professor hər bir Qərbi azərbaycanlının tarixi Vətəninə qovuşmaq istədiyini vurğulayıb. Bildirib ki, Qərbi Azərbaycan İcmasının fəaliyyəti soydaşlarımızı addım-addım ata-baba yurduna yaxınlaşdırır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Müsahibə yanvarın 5-də saat 19:00-da Baku TV-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Elm və təhsil, Müsahibə / 05.01.2026 23:28
“Çəmbərək rayonunun adı bir neçə dəfə dəyişdirilib” - VİDEO
Mətbuat / 05.01.2026 10:04
Baku.ws saytının 22 yaşı tamam olur
Gündəm / 01.01.2026 00:01
Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib - VİDEO
Siyasi, Sosial / 31.12.2025 22:19
“Vaxtilə keşişlər səlib yürüşü edirdilər, indi arvad üstündə dalaşırlar” - VİDEO
Siyasi / 31.12.2025 14:22
Ermənilər erməni olmaq istəmirlər – ANONS - VİDEO
Gündəm / 31.12.2025 00:02
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
Siyasi, Sosial / 30.12.2025 23:31
Baş Abaran, Baş Abdalar, Başkənd – türk tarixinin izi - VİDEO
Elm və təhsil / 30.12.2025 16:00
Təhsil həm də ən yaxşı dostdur – tələbə adını qazanan ardanışlı gənclərlə görüş– GENİŞ HESABAT - FOTO - VİDEO
Sosial / 30.12.2025 14:22
X əsrdən yadigar qalan türk yurdu – ANONS - VİDEO
Müsahibə / 29.12.2025 23:32
“Böyük Məzrədə tarixən oğuz türkləri yaşayıb” - VİDEO
Elm və təhsil / 29.12.2025 10:20
Vəli Abduyev – 10 yaşında Fəxri Fərmana layiq görülən istedadlı övlad - FOTO
Siyasi, Sosial / 28.12.2025 17:41
Ardanış Kənd İcması Çəmbərək və Karvansara rayonlarının bayram tədbirində iştirak edib - FOTO
Maraqlı, Mədəni / 27.12.2025 23:10
Aşağı Necilidə gəlin köçən qıza niyə balış verilirdi? - VİDEO
Siyasi, Sosial / 26.12.2025 23:49
“Günlərin birində eşidəcəyik, növbəti dayanacaq Zəngəzur dəhlizidir” - VİDEO
Siyasi, Sosial / 26.12.2025 14:22
“Bakı-Noraşen” qatarı ilə kəndə gedəcəm” – Nanə Məmmədovanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 25.12.2025 23:41
“Azərbaycanlılar Ermənistan parlamentində təmsil olunacaqlar” - VİDEO
Siyasi / 25.12.2025 14:22
Ermənistan güzəştə hazırlaşır – ANONS - VİDEO
Elm və təhsil / 25.12.2025 12:16
Tələbə adını qazanan Ardanış kökənli gənclərlə görüş keçirilib - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 24.12.2025 23:54
Rusiyanın Azərbaycan dövlətçiliyinə qarşı 300 illik gizli savaşı - VİDEO
Elm və təhsil, Siyasi / 24.12.2025 14:51
Rusların Qafqazda erməni kartı – ANONS - VİDEO
Gündəm / 24.12.2025 00:01
Prezident İlham Əliyevin doğum günüdür - FOTO
Siyasi, Sosial / 23.12.2025 23:18
Baharlı və Bahar bəyin bağları – türk tarixinin izi - VİDEO
Elm və təhsil, Müsahibə / 23.12.2025 18:40
“Şaumyanın transformasiyası- “ilahilik”dən təcavüzə” - FOTO - VİDEO
Sosial / 23.12.2025 14:46
Baharlı tayfasının Zəngəzurda saldığı kənd – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə / 23.12.2025 13:22
Şaumyan – təcavüzkara dönən obraz – ANONS - VİDEO
Müsahibə / 22.12.2025 23:51
“Nizami rayonunda 48 mindən çox Qərbi azərbaycanlı məskunlaşıb” - VİDEO