İdman 08.11.2022 15:05

Çempion bəlli oldu – “Novoivanovka” ilk kuboku qazandı - VİDEO

Ardanış Futbol Məktəbinin təşkilatçılığı ilə Zəfər Günü (8 Noyabr) münasibətilə şəhid jurnalist Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsinə keçirilən həvəskar komandalardan ibarət Ənənəvi Futbol Turnirində çempion bəlli olub.

Rakus.az xəbər verir ki, Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra sahəyə üçüncü yer uğrunda mübarizə aparan komandalar çıxıb. “Ada Təpə” və “Ardanış”ın gücü eyni dəyərləndirilsə də, üstün tərəf 3 cavabsız qolla müəyyənləşib. “Ada Təpə” oyunçuları İsa İsayev, Aqil Qurbanov və Şükür Məmmədalıyev vurduqları qolla bürünc medalı adlarına yazdırıblar.

“Ada Təpə” – “Ardanış” – 3:0

Qollar: İsa İsayev, Aqil Qurbanov, Şükür Məmmədalıyev

Bundan sonra final matçı baş tutub. “Göyçə” ilə “Novoivanovka” qarşılaşmasında əsas və əlavə vaxt 0:0 hesabı ilə başa çatıb.  Penaltilər seriyasında “Novoivamovka” 5:3 hesabı ilə çempion elan olunub.

“Novoivanovka” – “Göyçə” – 0:0 (penal 5:3)

Bombardirlik siyahısına 4 qolla Rüstəm Abdullayev və İsa İsayev başçılıq ediblər. Emin İmaməliyev (3),  Şükür Məmmədalıyev (3), Samir Əliyev (2), Azər Hüseynov (2), Qasım Məmmədov (2), Samir Həsənli (2), Elmin Əlizadə (2), Emin Qasımov (1), Əsgər İbrahimov (1), Vasif Əliyev (1), Əfqan Əliyev (1), İlkin Ağayev (1), Nihad Vəliyev (1), Nurlan Aşırov (1), Səhman Xasıyev (1) qol vurub.

Xatırladaq ki, turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, Məhərrəm və Siracın timsalında şəhid olan igidlərin öz peşələrindən əlavə, idmana olan marağını gənclərə aşılamaq, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir. Ənənəvi Futbol Turnirində 6 komanda – “Ardanış”, “Göyçə”, “Sadaxlı”, “Ada Təpə”, “Novoivanovka” və “Media” mübarizə aparıb.

 

XƏBƏR LENTİ
Maraqlı, Mətbuat / 17.11.2022 13:47
Mən kitab oxumuram… – SƏRBƏST YAZI
İdman / 08.11.2022 15:05
Çempion bəlli oldu – “Novoivanovka” ilk kuboku qazandı - VİDEO
Gündəm, İdman / 06.11.2022 15:15
Şəhid jurnalistlərin xatirəsinə Ənənəvi Futbol Turniri başa çatdı - FOTO
Gündəm, İdman / 04.11.2022 10:32
Şəhidlərin xatirəsinə keçirilən futbol turniri başa çatır – QALİB KIM OLACAQ? - FOTO
Siyasi / 02.11.2022 13:00
Ermənistanın təcavüzü nəticəsində 9 azərbaycanlı jurnalist şəhid olub – XİN
Mədəni / 01.11.2022 09:30
Əlli dörd günlük erməni mühasirəsindən bəhs edən film - VİDEO
İdman / 31.10.2022 12:16
Turnirin yarımfinalı – epizodlar, qollar, finalın anonsu – CƏDVƏL - VİDEO
Hadisə, İdman / 31.10.2022 10:43
Gərgin keçən oyun – diqqətçəkən mənzərə - FOTO
Gündəm, İdman / 30.10.2022 13:22
Yarımfinal oyunları keçirilib, “Göyçə” və “Novoivanovka” finala vəsiqə qazanıb - FOTO
Mədəni / 29.10.2022 18:02
“Parabüzən” qısametrajlı filmin təqdimatı - FOTO - VİDEO
İdman / 28.10.2022 10:00
Xatirə turnirində yarımfinalçılar həftəsonu duelə çıxır - FOTO
Mətbuat / 27.10.2022 10:41
“Report” İA-nın fəaliyyətindən 8 il ötür - VİDEO
Hadisə, İdman / 24.10.2022 11:03
Üçüncü turun açılışı, epizodlar, qollar, növbəti oyunlar – CƏDVƏL - VİDEO
Gündəm, İdman / 24.10.2022 10:02
Yarışın 3-cü turu-yaddaqalan məqamlar - FOTO
İdman, Maraqlı, Mətbuat / 23.10.2022 14:29
Sonuncu tur yekunlaşdı, yarımfinalçılar bəlli oldu - FOTO
Gündəm, İdman, Maraqlı / 21.10.2022 11:00
Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirdə son tur həftəsonu yekunlaşır - FOTO
Gündəm, İdman / 17.10.2022 12:00
İkinci turun açılışı, epizodlar, qollar, növbəti oyunlar – CƏDVƏL - VİDEO
İdman, Maraqlı / 17.10.2022 10:14
Yarışın ikinci günü – yaddaqalan anlar - FOTO
İdman, Maraqlı / 16.10.2022 16:05
Turnirin II turu yekunlaşıb, “Ada Təpə” qələbə qazanıb - FOTO
Gündəm, İdman / 14.10.2022 17:00
Ənənəvi Futbol Turnirində 2-ci tura bazar günü start verilir - FOTO
İdman, Maraqlı / 10.10.2022 13:16
Turnirin ilk günü – yaddaqalan anlar - FOTO
Hadisə, İdman / 10.10.2022 11:08
İlk turun mənzərəsi: epizodlar, qollar, növbəti oyunlar – CƏDVƏL - FOTO - VİDEO
Gündəm, İdman / 09.10.2022 15:11
Bakıda Ənənəvi Futbol Turnirinin açılış mərasimi olub - FOTO
İdman / 08.10.2022 08:57
Sabah Ənənəvi Futbol Turnirində ilk turun oyunları keçiriləcək
İdman / 06.10.2022 11:56
Şəhid jurnalistlərin xatirəsinə Ənənəvi Futbol Turniri başlayır - FOTO
Gündəm, Hərbi, Mətbuat / 28.09.2022 13:42
Bakıda şəhid jurnalist Məhərrəm İbrahimovun da adının həkk olunduğu Memorial Kompleksin açılışı olub - FOTO