Çempionlar Liqasında 2-ci turun oyunları keçirildi
Bu gün Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunun növbəti oyunları keçirilib.
Rakus.az xəbər verir ki, Türkiyə təmsilçisi “Başakşəhər” öz meydanında Fransa PSJ-si ilə bacarmayıb – 0:2.
Günün mərkəzi qarşılaşması isə Turində baş tutub. Kriştianu Ronaldunun koronavirusa yoluxma səbəbindən iştirak etmədiyi qarşılaşmada “Yuventus” Barselona” ilə üz-üzə gəlib. Bu oyunda Katalon təmsilçisi 2:0 hesablı qələbəyə sevinib. Matçda “Yuventus”un hücumçusu Alvaro Morata üç qol vursa da, hakim hər üç epizodda oyundankənar vəziyyət olduğunu bildirib və qollar qeydə alınmayıb.
Digər qarşılaşmaların nəticələrini təqdim edirik:
“Krasnodar – “Çelsi – 0:4
“Brügge” – “Latsio” – 1:1
“Sevilya” – “Renn” – 1:0
“Dortmund” – “Zenit” 2:0
“Ferensvaroş” – “Dinamo Kiyev” – 2:2
“Mançester Yunayted” – “Leypsiq” – 5:0.