Çempionlar Liqasında pley-off mərhələsi başladı
UEFA Çempionlar Liqasında pley-off mərhələsi başlayıb.
Rakus.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub. Rusiyanın “Krasnodar” klubu təsnifat mərhələsində Yunanıstan PAOK-una qalib gəlib – 2:1.
Avstriyanın “Zaltsburq”u da “Makkabi”yə İsrailin paytaxtı Təl-Əvivdə eyni hesabla qalib gəlib – 2:1.
Çexiyada keçirilən “Slaviya” ilə Danimarkanın “Midtüllann” klubu arasındakı matç qolsuz bərabərliklə yekunlaşıb – 0:0.
22 sentyabr
Çempionlar Liqası
Pley-off, ilk oyunlar
“Krasnodar” (Rusiya) – PAOK (Yunanıstan) – 2:1
Qollar: Viktor Klasson, 39 (pen.). Remi Kabella, 70 – Dimitris Pelkas, 32
“Makkabi” (Təl-Əviv, İsrail) – “Zaltsburq” (Avstriya) – 1:2
Qollar: Dan Biton, 9 – Dominik Soboslai, 49 (pen.). Masaya Okuqava, 57
“Slaviya” (Praqa, Çexiya) – “Midtüllann” (Danimarka) – 0:0