Çempionlar Liqasında son tur matçları başlayır
Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin son tur matçlarına start veriləcək.
Rakus.az xəbər verir ki, günün ən maraqla gözlənilən matçları İtaliyanın paytaxtı Romada və Almaniyanın Leypsiq şəhərində baş tutacaq. Çünki bu matçlardan sonra qrupdan növbəti mərhələyə vəsiqə qazanacaq komandaların adlarına aydınlıq gələcək.
Həmçinin Kataloniyadakı “Barselona” (İspaniya) – “Yuventus” (İtaliya) matçı da komandaların adlarına görə önəm kəsb edir. Hər iki komanda pley-offu təmin etsə də, qrup birinciliyi baxımından vacib matça çıxacaq.
Çempionlar Liqası
Qrup mərhələsi
VI tur
E qrupu
21:55 “Zenit” (Rusiya) – “Borusiya” (Dortmund, Almaniya)
21:55 “Latsio” (İtaliya) – “Bruqe” (Belçika)
1. “Borusiya” – 10
2. “Latsio” – 9
3. “Bruqe” – 7
4. “Zenit” – 1
F qrupu
00:00 “Çelsi” (İngiltərə) – “Krasnodar” (Rusiya)
00:00 “Renn” (Fransa) – “Sevilya” (İspaniya)
1. “Çelsi” – 13
2. “Sevilya” – 10
3. “Krasnodar” – 4
4. “Renn” – 1
G qrupu
00:00 “Barselona” (İspaniya) – “Yuventus” (İtaliya)
00:00 “Dinamo” (Kiyev, Ukrayna) – “Ferensvaroş” (Macarıstan)
1. “Barselona” – 13
2. “Yuventus” – 12
3. “Dinamo” – 1
4. “Ferentsvaroş” – 1
H qrupu
00:00 PSJ (Fransa) – “İstanbul Başakşəhər” (Türkiyə)
00:00 “Laypsiq” (Almaniya) – “Mançester Yunayted” (İngiltərə)
1. “Mançester Yunayted” – 9
2. PSJ – 9
3. “Laypsiq” – 9
4. “İstanbul Başakşəhər” – 3