Çempionlar Liqasının püşkü atıldı
Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cütləri bilinib.
Rakus.az xəbər verir ki, püşkatmadan sonra 16 komanda rəqiblərini tanıyıb:
“Borusiya” (Mönxenqladbax, Almaniya) – “Mançester Siti” (İngiltərə)
“Latsio” (İtaliya) – “Bayern” (Almaniya)
“Atletiko” (İspaniya) – “Çelsi” (İngiltərə)
“Leypsiq” (Almaniya) – “Liverpul” (İngiltərə)
“Portu” (Portuqaliya) – “Yuventus” (İtaliya)
“Barselona” (İspaniya) – PSJ (Fransa)
“Atalanta” (İtaliya) – “Real” (İspaniya)
“Sevilya” (İspaniya) – “Borrusiya” (Dortmund, Almaniya)
Bu oyunlar içərisindən “Barselona” – PSJ matçı diqqəti çəkir. Belə ki, braziliyalı Neymar sabiq komandasına qarşı oynayacaq. Həmçinin, bu matç Neymarla argentinalı ulduz Lionel Messinin qarşıdurması kimi də dəyərləndirilə bilər.
Xatırladaq ki, 1/8 final oyunları iki hissəyə bölünəcək. 16-17 və 23-24 fevralda ilk oyunlar baş tutacaq. Cavab oyunları 9-10 və 16-17 martda keçiriləcək.