Türkiyə yığmasının və “Roma” klubunun futbolçusu Cengiz Ünder karyerasını “Lester Siti”də davam etdirəcək.
Rakus.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçinin icarəyə götürüldüyü bildirilib. Müqaviləyə görə, türkiyəli oyunçu mövsümün sonunadək İngiltərə təmsilçisində oynayacaq.
C.Ünder 2016-cı ildən Türkiyə millisində çıxış edir. O, “Roma”ya 2017-ci ildə “Başakşəhər”dən keçib.