Siyasi 23.07.2020 22:07

Ceyhun Bayramov Türkiyəyə dəvət olundu - FOTO

Bu gün Xarici İşlər naziri Ceyhun Bayramov ilə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral arasında görüş keçirilib.

Rakus.az xəbər verir ki, XİN-in məlumatına görə, Türkiyə səfirini salamlayan Ceyhun Bayramov xarici ölkə səfirlərindən ilk olaraq məhz Türkiyə səfiri ilə görüşün təsadüfi xarakter daşımadığını, bunun iki ölkə arasında dostluq, qardaşlıq və strateji əməkdaşlıq münasibətlərinin təzahürü olduğunu diqqətə çatdırıb.

Ölkələrimiz arasında dövlət başçıları səviyyəsindən başlayaraq bütün digər sahələrdə və müxtəlif formatlarda mövcud olan yüksək səviyyəli əməkdaşlıq münasibətlərinin olduğunu vurğulayan C.Bayramov bu əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əmin olduğunu bildirib.

Türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon söhbətinə istinad edən nazir gələcəkdə iki ölkə arasında birgə mühüm layihə və təşəbbüslərin davam etdiriləcəyinə inamını ifadə edib.

Səfir Erkan Özaral, öz növbəsində, işbirliyinin bundan sonra daha geniş şəkildə davam etdirilməsi üçün imkanların olduğunu, eyni zamanda bu xüsusda hər iki tərəfin iradəsinin olduğunu qeyd edib. Azərbaycanı öz vətəni olaraq gördüyünü bildirən səfir Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun azərbaycanlı həmkarını Türkiyəyə dəvət etdiyini nazir Ceyhun Bayramovun diqqətinə çatdırıb.

Görüş zamanı nazir Ceyhun Bayramov, həmçinin son zamanlar diplomatik nümayəndəliklərimizə və Ermənistan tərəfindən törədilmiş təxribata etiraz edən dinc azərbaycanlı nümayişçilərə qarşı radikal erməni qüvvələri tərəfindən vandalizm və aqressiya hərəkətlərinə yol verildiyini qeyd edib və bu xüsusda qəbul edən ölkələrin Vyana Konvensiyasına uyğun olaraq diplomatik nümayəndəliklərin binalarının və diplomatların təhlükəsizliyinin təmin edilməsinə görə məsuliyyət daşıdığını xatırladıb. Radikal ermənin daşnaklarının son zamanlar fəallaşdığını bildirən nazir onlar tərəfindən diplomatik nümayəndəliklərimizə qarşı yeni təxribatların olacağını istisna etməyib.

Görüş zamanı səfir Erkan Özoral cari ilin 28 iyul tarixində video konfrans formatında Antalya Diplomatiya Forumunun keçiriləcəyini qeyd edib və sözügedən tədbirə dəvət məktubunu Nazir Ceyhun Bayramova təqdim edib. Nazir tədbirə məmnuniyyətlə qatılacağını bildirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

XƏBƏR LENTİ
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO