Çilidən olan futolçu “Qəbələ”də oynayacaq
“Qəbələ” futbol klubu heyətini daha bir futbolçu ilə gücləndirib.
Rakus.az xəbər verir ki, “qırmızı-qaralar” çilili hücumçu Rodriqo Qattasın keçidini rəsmiləşdiriblər. İyirmi doqquz yaşlı futbolçu ilə 1,5 illik müddətə müqavilə imzalanıb.
“Union Espaniola” klubunun yetirməsi olan forvard peşəkar karyerasına da bu komandada başlayıb. 2009-2013-cü illərdə həmin klubun üzvü olan Rodriqo sonradan vətənində “Union La Kalera” (2013-2014), “Kobreloa” (2014-2015), “Kobresal” (2015), “Santiaqo Morninq” (2016), “Reyncers” (2018) və “Santa Kruz” (2019) klublarında çıxış edib. Legioner həyatında Fələstinin “Hilal Əl-Qüds” (2016-2017), Uruqvayın “Serro” (2017) klublarında oynamış R.Qattasın sonuncu komandası ötən il şərəfini qoruduğu Kanada təmsilçisi “York9” olub. Çili yığmasının da formasını geyinən R.Qattas 2009-cu ildə ölkəsinin U-20 milli komandasının heyətində bir oyun keçirib.