Elm və təhsil 18.04.2020 21:33

COVID-19 Azərbaycan real zamanlı monitorinq sistemi

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu günün reallığından irəli gələn və respublikamız üçün əhəmiyyətli olan növbəti layihəyə imza atıb.

Rakus.az xəbər verir ki, institutdan verilən məlumata görə, direktor, akademik Ramiz Məmmədovun rəhbərliyi ilə Geoinformatika və kartoqrafiya şöbəsinin böyük elmi işçisi Yaşar Nəsibov və Xəzərin səviyyə problemi şöbəsinin elmi işçisi Elnur Səfərov, həmçinin bu layihə çərçivəsində əməkdaşlıq edilən Türkiyənin Samsun Universitetinin əməkdaşı Fatih Ocak tərəfindən “COVID-19 Azərbaycan real zamanlı monitorinq sistemi” tətbiqi işlənib hazırlanıb. “Quintessence C&S” şirkətinin texniki dəstəyini alan layihənin əsas məqsədi ölkəmizdə və dünyada koronavirus pandemiyasının real zamanda monitorinqinin aparılmasıdır.

Tətbiqdə dünya ölkələri və ayrıca olaraq, Azərbaycan üzrə pandemiya haqqında məlumatlar əks olunur və bu rəqəmlər sutka ərzində azı bir dəfə yenilənir.

Layihənin ideya rəhbəri Y.Nəsibovun bildirdiyinə görə, tətbiqdə istinad edilən dünya ölkələri üzrə məlumatlar “Johns Hopkins Universiteti CCSE”ndən götürülüb https://systems.jhu.edu/research/public-health/ncov. Layihədə ESRI şirkətinin Coğrafi İnformasiya Sistemləri texnologiyasından istifadə edilib. Azərbaycan üzrə pandemiya haqqında rəqəmlər Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatlarına, həmçinin https://koronavirusinfo.az saytına istinad edilməklə verilir. Şəhər və rayonlar üzrə əhali, xəstəxana, çarpayı sayı və hər 10 min nəfərə düşən çarpayı sayı, yaşı 65-dən yuxarı olan insanların sayı və s. məlumatlar haqqında Dövlət Statistika Komitəsinə istinad edilir. Azərbaycan üzrə vektor məlumatlarının müəlliflik hüquqları isə Coğrafiya İnstitutuna məxsusdur. Bu tətbiq cəmiyyətin maarifləndirilməsi işində, təhsil və elmi araşdırmalarda istifadə edilə bilər. Sosial bir layihə olduğundan ticarət məqsədilə istifadəsi qəti qadağandır. Tətbiqdən yararlanan hər bir kəs sutka ərzində dünyada və ölkəmizdə virusa yoluxanların, yeni yoluxanların, sağalanların, vəfat edənlərin, aktiv COVID-19 xəstələrinin və aparılan testlərin sayı haqqında məlumat əldə edə biləcək. Həmçinin virusla mübarizə aparan ölkələrin sayını buradan öyrənmək olar. Tətbiqdən istifadə etməklə məkan analizlərinin təhlilinin aparılması, şəhər və rayonlar üzrə surətli axtarış verilməsi və digər funksiyaların da yerinə yetirilməsi mümkündür.

Rəsmi qurumlar tərəfindən ölkə üzrə yalnız ümumi məlumatlar paylaşıldığından, pandemiyanın şəhər və rayonlar üzrə yayılması haqqında sutkalıq məlumatları (01.04.2020-ci il tarixi istisna olmaqla) tətbiqə daxil etmək mümkün olmayıb. Rəqəmlər əldə edilərsə, şəhər və rayonlar üzrə sutka ərzində pandemiyanın yayılma arealını da göstərmək olar.

İstifadə edilən statistik məlumatlar Coğrafiya İnstitutunun əməkdaşları – elmi işçi Turanə Hüseynova və baş laborant Aygül Zülfüqarova tərəfindən hazırlanıb.

“COVID-19 Azərbaycan real zamanlı monitorinq sistemi” tətbiqi ilə https://caspisnet.maps.arcgis.com/apps/dashboards/0f59111ebed64bbcb282bdd03a2e3a8f keçidində tanış olmaq mümkündür.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS