İdman 30.12.2019 19:53

Cüdo Federasiyası illik hesabatını açıqladı - FOTO

Başa çatmaqda olan 2019-cu il Azərbaycan cüdoçuları üçün uğurlu olub.

Rakus.az xəbər verir ki, idmançılarımız rəsmi beynəlxalq yarışlarda çoxlu sayda medallara və tarixi nailiyyətlərə imza atıblar. Bu il ərzində böyüklər, gənclər, yeniyetmələr, paralimpiyaçılar və veteranlardan ibarət milli yığma komandalarımızın üzvləri iştirak etdikləri beynəlxalq səviyyəli yarışlarda 159 medal qazanıblar. Bunlardan 40-ı qızıl, 46-sı gümüş və 73-ü bürünc medaldır.

Bu, Azərbaycan Cüdo Federasiyasının hesabatında qeyd olunub.

Federasiya cüdo üzrə bütün milli komandalarımızın yerli və beynəlxalq təlim-məşq toplanışlarını yüksək səviyyədə keçirib. Cüdoçularımızın hazırlıq planı üzrə nəzərdə tutulan bütün beynəlxalq yarışlarda iştirakı təmin edilib, onlara diqqət və qayğı göstərilib. Əlbəttə, bu yarışlardan ən mötəbəri Tokioda keçirilmiş dünya çempionatıdır. Azərbaycan cüdoçuları bu mötəbər yarışda iki medal qazanıblar. Belə ki, 73 kiloqram çəki dərəcəsində yarışan Rüstəm Orucov və Hidayət Heydərov dünya çempionatının gümüş və bürünc medallarına sahib olublar. Rüstəm Orucov hazırda çəki dərəcəsində Beynəlxalq Cüdo Federasiyasının dünya reytinq cədvəlinə başçılıq edir.

Minskdə keçirilmiş ikinci Avropa Oyunlarında da milli komandamız tarixi nailiyyətə imza atıb. Yığmanın aparıcı üzvü Rüstəm Orucov Avropa Oyunlarının gümüş mükafatçısı tituluna yiyələnib. Daha dörd cüdoçumuz Hidayət Heydərov, Məmmədəli Mehdiyev, Elmar Qasımov və İrina Kindzerska isə Oyunların bürünc medalını qazanıblar.

Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi əsas milli komandamızla yanaşı, gənc və yeniyetmə cüdoçularımızın da inkişafına böyük önəm verir. Onlar üçün yaradılan şəraitdən maksimum bəhrələnən gənclərimiz cari ildə keçirilmiş Avropa və dünya çempionatı kimi mötəbər yarışlarda uğurlu nəticələr göstəriblər. Qazaxıstanın paytaxtı Almatıda keçirilmiş Avropa birinciliyində yeniyetmələrdən ibarət millimiz Azərbaycan cüdosu tarixində ilk dəfə olaraq komanda yarışının finalına çıxaraq gümüş medal qazanıb. Yeniyetmə cüdoçularımız bu il həmçinin, Bakıda keçirilmiş Avropa Yeniyetmələrinin Olimpiya Festivalında 2 qızıl, 1 gümüş və 3 bürünc medala sahib olublar. Gənc cüdoçularımız da Avropa və dünya birinciliyində, müxtəlif səviyyəli beynəlxalq yarışlarda çoxlu sayda medallara layiq görülüblər. Gənclərimiz dünya birinciliyində 1 gümüş, 1 bürünc, qitə yarışında isə 1 gümüş və 2 bürünc medal qazanıblar. U-23 Avropa birinciliyində də millimiz aktivinə 1 qızıl və 1 gümüş medal yazdırıb.

Bununla yanaşı, qabaqcıl məşqçilərimiz, hakimlərimiz, həkimlərimiz və digər mütəxəssislərimiz müntəzəm olaraq beynəlxalq seminarlarda və təcrübə mübadiləsi proqramlarında iştirak edir, öz bilik və bacarıqlarını artırırlar. Sevindirici haldır ki, federasiyanın hakimlər komitəsinin üzvü Nazim Umbayev Rusiyanın İjevsk şəhərində keçirilmiş U-23 Avropa burinciliyini idarə edən referilər sırasında yer alıb. Daha iki hakimimiz – Məmmədəli Quluzadə və Rəşad Əliyev imtahandan uğurla keçərək beynəlxalq dərəcəli hakim adına layiq görülüblər. Beləliklə də beynəlxalq dərəcəli hakimlərimizin sayı 8-ə çatıb. Məşqçi Rafael Şahverdiyev isə Yaponiyada beynəlxalq cüdo təhsili proqramı üzrə məşğələlərdə fəal iştirakına görə diplomla təltif olunub.

Paralimpiyaçı cüdoçularımız iştirak etdikləri beynəlxalq yarışlarda 32 medal qazanıblar.

Azərbaycanın veteran cüdo hərəkatı da diqqətdən kənarda qalmayıb. Usta cüdoçularımız Avropa və dünya çempionatında 14 medala layiq görülüblər.

Federasiya fəaliyyətinin prioritet istiqamətlərindən biri də bölgələrdə cüdonun inkişaf etdirilməsidir. Bu sahədə artıq bir neçə regional cüdo mərkəzlərinin açılışı baş tutub. Federasiya tərəfindən cüdo tatamiləri və cüdoqi geyim dəstləri bu zallarda təmənnasız məşq etməyə cəlb olunan yüzlərlə yeniyetmələrin istifadəsinə əvəzsiz olaraq verilib. Cari ilin ötən ayı ərzində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla ölkəmizin 7 bölgəsində 2 yaş qrupunda yeniyetmələr arasında regional birinciliklər, o cümlədən Sumqayıt və Bakı şəhərlərinin birincilikləri keçirilib. Bölgə idmançılarının böyük axını müşahidə olunan regional birinciliklərində yüksək təşkilatçılıq səviyyəsi və iştirakçıların rekord sayı mütəxəssislərə seleksiya işlərinin aparılması və yığma komandalara yeni namizədlərin hazırlanması üçün əlverişli şərait yaradıb. Belə ki, təyin olunmuş şəhərlərin əsasən, Olimpiya komplekslərində baş tutan yarışlarda respublikamızın 51 şəhər və rayonundan 2000-dən artıq yeniyetmə idmançı iştirak edi. Qalib və mükafatçılar qarşıdan gələn Azərbaycan birinciliklərində iştirak etmək hüququ qazanıblar. Tovuz rayonunda həm regionlararası yarışların final mərhələsi, həm də 2-ci Federasiya kuboku turniri yüksək səviyyədə keçirilib.

İlin sonunda kişilər və qadınlar arasında keçirilən cüdo üzrə Azərbaycan çempionatı da möhtəşəmliyi ilə yadda qalıb. Yüksək səviyyədə təşkil edilən yarışda 332 cüdoçu medallar uğrunda mübarizə aparıb.

Cari ilin may ayında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan cüdo üzrə “Böyük Dəbilqə” turniri artıq 4-cü ildir ki, tətbiq etdiyimiz yüksək təşkilatçılıq standartlarında keçirilib. Bu fakt iştirakçı dövlətlərin nümayəndələri tərəfindən şifahi olaraq ünvanımıza səslənən təşəkkür sözlərində, eləcə də Beynəlxalq Cüdo Federasiyasından daxil olmuş ekspertlər qrupunun yekun hesabat protokolunda öz əksini tapıb. Bu bir daha onu göstərir ki, ölkə prezidenti İlham Əliyevin idman sahəsində yürütdüyü uğurlu siyasət sayəsində Azərbaycan nüfuzlu beynəlxalq idman təşkilatları tərəfindən idman ölkəsi kimi tanınır, mötəbər yarışlara ev sahibliyi etimadını qazanır.

Qarşıdan gələn ildə Olimpiya Oyunları, Avropa çempionatı, gənclər və yeniyetmələrin Avropa və dünya birincilikləri, eləcə də dünya cüdo turu çərçivəsində “Böyük Dəbilqə” və “Qran-Pri” seriyası yarışları, “Masters” turniri, müxtəlif qitə kuboku çempionatları keçiriləcək.

Ümidvarıq ki cüdoçularımız parlaq qələbələri ilə Azərbaycan idmanı tarixinə yeni şanlı səhifələr yazacaqlar.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO