İdman 21.11.2019 20:00

“Böyük dəbilqə”də rəqiblər bəlli oldu

Noyabrın 22-dən 24-dək Yaponiyanın Osaka şəhərində keçiriləcək cüdo üzrə “Böyük dəbilqə” turnirində cüdoçularımızın rəqibləri müəyyənləşib.

Rakus.az xəbər verir ki, Tokio Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda Azərbaycanı 8 kişi və 5 qadın cüdoçu təmsil edəcək.

Yarışın birinci günündə kişilər arasında onaltıdabir finalda Kəramət Hüseynov (60 kq) Belarus təmsilçisi Yanislav Gerçev, Davud Məmmədsoy isə italiyalı Elios Manzi ilə qarşılaşacaqlar. Turnirdə 66 kiloqram çəki dərəcəsində mübarizə aparan Nicat Şıxəlizadə Naton Börns (İrlandiya) – Beslan Muradov (Rusiya) cütünün qalibi, Orxan Səfərov isə otuzikidəbir finalda Jülyen Fraskador ilə (Kanada) qarşılaşacaqlar.

Qadınların yarışında isə onaltıdabir finalda 48 kiloqram çəki dərəcəsində Leyla Əliyeva Edna Karrillo (İtaliya), Aişə Qurbanlı Harriet Bonfeys (Malavi), 52 kiloqram çəki dərəcəsində çıxış edən Gültac Məmmədəliyeva isə Kristina Blanaru (Moldova) ilə mübarizə aparacaqlar.

“Böyük dəbilqə” turnirinin ikinci günündə onaltıdabir finalda qadınların yarışında Aleksandra-Larisa Florian (57 kq) yaponiyalı Tsukasa Yoşida, İçinxorloo Munxtsedev isə Po Sum Leunqu (Honkonq) ilə üz-üzə gələcəklər. Kişilərin mübarizəsində isə Murad Fətiyev (81 kq) otuzikidəbir finalda Vladimir Zoloyev (Qırğızıstan) ilə qarşılaşacaq.

Turnirin sonuncu günündə onaltıdabir finalda 90 kiloqram çəki dərəcəsində Məmmədəli Mehdiyev Harisson Kassar (Avstraliya) – Deril Servan Yamomoto (Peru) cütünün qalibi, 100 kiloqram çəki dərəcəsində isə Elmar Qasımov Sedrik Olivar (Fransa) – Georgi Minaşkin (Estoniya) cütünün qalibini sınağa çəkəcək. Zelim Kotsoyev otuzikidəbir finalda Karl-Riçard Freylə (Almaniya) qarşılaşacaq.

Xatırladaq ki, komandamızın heyətinə əvvəl Oruc Vəlizadə (60 kq), Telman Vəliyev (73 kq), Hidayət Heydərov (81 kq), Uşanqi Kokauri (+100 kq) və İrina Kindzerska (+78 kq) daxil edilsə də, sonradan heyətdən çıxarılıblar.

“Böyük dəbilqə” turnirində 87 ölkədən 486 idmançı mübarizə aparacaq.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO