Cüdoçuların yarışlarında qaliblər müəyyənləşdi
Bakıda keçirilən XV Avropa Gənclər Olimpiya Festivalının cüdo yarışlarında qızlarda 52 və oğlanların mübarizəsində 66 kiloqram çəki dərəcələrində qalib və mükafatçılar müəyyənləşib.
Rakus.az xəbər verir ki, qızların yarışında final qarşılaşmasında hollandiyalı Elin Henninger ispaniyalı Ariane Toro Soleri məğlub edərək yarışın qalibi olub. Bürünc medallara rumıniyalı Aleksandra Paska və italiyalı Veronika Toniolo layiq görülüblər.
Oğlanların yarışında təmsilçimiz Mətin Rzazadə üçüncü yer uğrunda görüşdə macarıstanlı Daniel Szegediyə ipponla uduzub. Digər bürünc medal uğrunda görüşdə polşalı Mixal Kovalçuk yunanıstanlı Mixail Tsoutlasvilini məğlub edib. Yarışın qalibi isə finalda ukraynalı Serhi Nebotovu məğlub edən rusiyalı Sayxan Şabixanov olub.