Cüdoçumuz bürünc medala sahib oldu
XV Avropa Gənclər Olimpiya Festivalının cüdo yarışlarının birinci günündə Azərbaycan idmançısı Gülşən Bəşirova (44 kq) ölkəmizin aktivinə bürünc medal yazdırıb.
Rakus.az xəbər verir ki, təmsilçimiz bürünc medal uğrunda görüşdə hollandiyalı Yoslin Supusepi ipponla məğlub edib.
Xatırladaq ki, G.Bəşirova səkkizdəbir finalda ispaniyalı Mariya Qonzalesi 2:1 hesabı ilə məğlub etsə də, dörddəbir finalda rusiyalı Anastasiya Balabana ipponla məğlub olub. Təsəlliverici görüşə qatılan idmançımız polşalı Natalia Stoklosa ipponla qalib gəlib.
Bu çəki dərəcəsində digər bürünc medala rumıniyalı Anne Brebinarunu məğlub edən rusiyalı Marina Vorobyova layiq görülüb.
Finalda isə türkiyəli Merve Azak rusiyalı Anastasiya Balaban üzərində qələbə qazanaraq XV Avropa Gənclər Olimpiya Festivalının çempionu olub.